Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Təmiz Şəhər” ASC tərəfindən həyata keçirilən “Təmiz Qala” layihəsinin maarifləndirmə proqramı çərçivəsində 15-16 noyabr tarixlərində Qala qəsəbəsində “Azalt. Yenidən istifadə et. Çeşidlə.” (“Reduce. Reuse. Recycle.”) şüarı altında uşaqlar üçün beynəlxalq konfrans işini davam etdirir.
Konfransın ikinci günü məktəblilərin Bakıda tullantıların idarəolunması sistemi ilə əyani olaraq tanış olmaları məqsədilə ekskursiyalar təşkil olunmuşdur. Əvvəlcə məktəblilər Qala qəsəbəsində tullantıların kompleks idarə edilməsi sistemi haqqında məlumatlandırılmış və qəsəbə ərazisində əmələ gələn tullantıların yığılması və daşınması prosesini izləmişlər. Qalada yerləşdirilmiş qida və qeyri-qida tullantıları üçün müvafiq olaraq quraşdırılmış yaşıl və göy konteynerlər, tullantı meydançalarında izahedici stendlər, tullantı maşınlarının GPS sistemi vasitəsilə nəzarət prosesi şagirdlər tərəfindən maraqla izlənilmişdir.
Sonra tullantıların zərərsizləşdirilməsi prosesini müşahidə etmək məqsədilə Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavoduna ekskursiya təşkil edilmişdir. Məktəblilər test rejimdə fəaliyyət göstərən zavodda tullantıların çeşidlənməsi prosesi ilə tanış olmuşlar. Şagirdlərə il ərzində 200 min ton tullantı qəbul etmək gücünə malik olan zavodun fəaliyyəti nəticəsində yararlı tullantının ayrılaraq təkrar emala yönəldiləcəyi barədə məlumat verilmişdir.
“Təmiz Şəhər” ASC məktəblilərin və gənclərin tullantıların idarə olunması haqqında məlumatlılıq səviyyəsinin artırılması məqsədilə gələcəkdə də belə tədbirlərin keçirilməsini planlaşdırır.
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
AccessBank QMatic alışı üzrə tender elan edir
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət