“İnterfaks –Azərbaycan” agentliyinin Serbiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Zoran Vayoviçlə müsahibəsi
-Cənab səfir, Azərbaycan-Serbiya münasibətlərin indiki vəziyyətini necə xarakterizə edərdiniz?
- Serbiya və Azərbaycanın münasibətləri uğurlıu və dinamik inkişaf edir.Yüksək səviyyədə səfərlərin dinamikası davam edir.Bu yaxınlarda Serbiya Respublikasının dövlət nümayəndə heyəti Bakıda olub, nümayəndə heyəti ticari-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclasında iştirak edib.Nümayəndə heyətinə Serbiyanın baş naziri Rasim Lyayiç rəhbərlik edib.Bildiyiniz kimi, hökumətlərarası komissiyanın iclası ilə yanaşı Bakıda Serbiya Azərbaycan biznes-forumu da keçirilib.Tədbirdə Azərbaycan iş asdamları ilə birbaşa əlaqələr qurmaqda və iqtisadi əlaqələrin sonrakı inkişafında maraqlı olan Serbiyanın işgüzar dairələrinin 40-a yaxın nümayəndəsi iştirak edib.
- Ölkənizin baş nazirinin, dövlət məmurlarının, və işgüzar dairələrinin nümayəndələrinin Bakıya səfərini qeyd etdiniz. Sizcə səfərlər hansı nəticələr verdi?Hər hansı bir razılşma əldə edildimi?
- Bakıda həm dövlət məmurlarının, həm də işgüzar adamalrın Maliyyə Nazirliyində, İqtisadi İnkişaf Nazirliyində SOCAR şirkətində müxtəlif görüşləri olub.Serbiya nümayəndə heyətinin tərkibində enerji məsələləri nazirinin köməkçisi də var idi. Mən Serbiya və SOCAR arasında münasibətlərin gələcəkdə inkişaf edəcəyinə ümid edirəm. Həmçinin, “Azərbaycan Dəmir Yolları” QSC-də danışıqlar aparılıb.Bu sahədə müəyyən layihələr mövcuddur.Biz kənd tərsərrüfatı sahəsində də əməkdaşlıq edirik.Bir sıra birgə layihələr nəzərdə tutulub, hesab edirəm ki artıq gələn ildən onlar həyata keçiriləcək. Əməkdaşlıq spektrı kifayət qədər genişdir, kimya, İKT və s. sahələri də qeyd etmək olar.
- Əməkdaşlıq sahələri barəsindəı daha ətraflı məlumat verə bilərsinizmi?
- Serbiya Azərbaycana “smart” kartlar ixrac edir.Azərbaycanda mağazaların piştaxtalarında artıq serb mallarını görmək olar.
Biz Azərbaycan şirkətlərinin Serbiyada fəaliyyətinin inkişaf etməsini gözləyirik. Bir sıra şirkətlər artıq serb məhsullarına maraq göstərirlər.Bəzi şirkətlərin nümayəndəlikləri açılıb.
Serbiya öz növbəsində Azərbaycandan butan və alüminium idxal edir.Serbiya avtomobil yolunun tikintisində infrastruktur layihəsində uğurlu əməkdaşlığı qeyd etmək istəyirəm.Hökumətlərarası razılaşmaya əsasən, Azərbaycan tərəfi 308 mln. avro kredit ayırıb.Azərbaycan tərəfindən layihənin koordinatoru və baş podratçısı “AzVirt” şirkətidir.
Hesab edirəm ki, iqtisadi münasibətlər Bakı və Belqrad arasındakı siyası dialoqun yüksək səviyyəsinə cavab vermir.Mənim fikrimcə, ölkələrimiz arasında sənaye, ticarət, energetika sahələrində əməkdaşlıqüçün inkişafı üçün böyük potensial var.Mən hazırda 20 mln. dollar təşkil edəın mal dövriyyıəsinin gələn il 2-3 dəfə artmasını gözləyirəm. Bu iqtisadi əməkdaşlığımızın əsas göstəricisidir.Cari ilin may ayında bir sıra serb şirkətləri Bakıda "WorldFood” beynəlxalq sərgisində iştirak edib, bu o deməkdir ki, iki ölkənin şirkətləri arasında ayrı -ayrı əlaqələr mövcuddur.2013-cü ilin mart ayında Serbiyada Cənub-Şərqi Avropanın knd təsərrüfatı, qida məhsullarının böyük sərgisi keçiriləcək.Azərbaycan iş admları da bura dəvət olunub. 30 ölkənin 200-dən çox nümayəndəsi sərginin işində iştirak edəcək.
Dəmir yoluna gəlincə, Azərbaycanın müəyyən layihələri var ki, Serbiyanın vaqonqayırma zavodu tenderdə iştirak etmək üçün dəvət olunub.Bilirsiniz ki, Bakı-Tbilisi -Qars dəmir yolunun tikintisi aktiv şəkildə həyata keçirilir, onun başa çatdırılması 2013-cü ilin sonuna nəzərdə tutulub.Məlum məsələdir ki ,dəmir yolu üçün vaqon da lazımdır.
Sizin respublikada geniş miqyaslı tikinti işləri aparılır. Yaşayış evləri, müxtəlif komplekslərin, tibb müəssisələrinin idman obyektlıərinin tikintisi, infrastruktur layihələri həyata keçirilir.Əlbəttə, yaxşı olardı ki, Serbiya şirkətləri də bu işlərdə iştirak etsinlər.Başqa sahələrə gəlincə,elm təhsil sahəsində əməıkdaşlıq üzrə danışıqlar aparılır. rektor V.Bumbaşireviçin rəhbərlik etdiyi Belqrad Universitetinin nümayəndə heyəti Bakı Dövlət Universitetinin rektoru A. Məhərrəmovla görüşlər keçirib.Bununla yanaşı, proffessorlarımızdan ibarət nümayəndə heyəti digər ali məktəblərdə də olarq əməkdaşlıq barədə bir sıra memorandumlar imzalamışlar ,yaxın gələcəkdə professor və tələbə mübadiləsinin həyata keçirilməsi gözlənilir.Biz hesab edirik ki, hökumətlərarası məsləhətləşmələrin və hökumətlərarası komissiyaların iclaslarının keçirilməsi hüquqi bazanı möhkəmləndirəcək, iki ölkənin müəssisələrinin və biznesmenlərinin gələcək əməkdaşlığı üçün əlverişli zəmin yaradacaq.Hazırda tərəflər 21 hökumətlərarası saziş imzalayıblar. Serbiya Prezidenti Tomislav Nikoliçin Azərbaycana səfərinə qədər daha üç sənədin imzalanması nəzərdə tutulur.
- Yeri Gəlmişkən, prezidentin səfəri nə vaxta nəzərdə tutulub?
-Səfər 2013-cü ilin fevral ayının sonlarına planlaşdırılır.Demək olar ki, artıq mövcud olan “Strateji tərəfdaşlıq haqqında” sənədin hazırlanması üzərində fəal iş gedir. Mən çox şadam ki, Serbiya və Azərbaycan gələn il bu sənədi imzalayacaqlar, bu siyasi münasibətlərin yüksək səviyyəsindən , serb və Azərbaycan xalqlarının dostluq , qardaşlıq münasibətlərinin möhkəmlənməsindən xəbər verir , həmçinin iki müxtəlif mədəniyyətlərə malik dövlətin necə yaxın əməkdaşlıq edəcəyinə gözəl nümunədir.Mən bu sənədin bizim prezidentimizin Bakıya səfəri çərçivəsində imzalayacağına ümid edirəm.
- Siz təhsil sahəsində əməkdaşlığı qeyd etdiniz, Serbiyada azərbaycanlı tələbələr təhsil alırmı?
- Azərbaycandan Serbiyaya gedərək universitetə daxil olmağa hazırlaşan iki namizəd var. Bundan başqa, gənclər proqramları mövcuddur, bu proqamlar çərçivəsində iki ölkənin gəncləri bu və ya digər konfranslarda, treninqlərdə, həmçinin düşərgələrdə birgə iştirak edirlər. Bu isə öz növbəsində iki ölkə arasında dostluğu və əlaqələri möhkəmləndirir.
- Bəs turizm sahəsində münasibətlər necə inkişaf edir?
- Serbiyanın ən iri turizm şirkətləri artıq Azərbaycanda olub və sizin ölkənizin mehmanxanaları və turizm agentlikləri ilə bir sıra sazişlər imzalayıb. Mən həm Azərbaycanda, həm də Serbiyada ölkələrimizdən daha çox turist görmək istəyirəm. Turizmin inkişafına gəlincə, Bakı və Belqrad arasında birbaşa hava əlaqəsi yoxdur. Bu, turizm əlaqələrinin inkişafına mane olur. Amma Serbiyanın "JAT Airways" milli aviaşirkəti ilə Azərbaycanın "AZAL" şirkəti arasında danışıqlar aparılır. Nəticələr reyslərin açılışının məqsədəuyğunluğundan və kommersiya şərtlərindən asılı olacaq.
- İki ölkənin regionları arasında əlaqələrin yaradılması istiqamətində iş aparılırmı?
- Yaxşı sualdır. Təbii ki, münasibətləri yalnız iki dövlətin paytaxtları səviyyəsində deyil, həm də regionlar səviyyəsində inkişaf etdirmək istərdik. Bu konkret halda deyə bilərəm ki, bizim ölkələrimizin regionlarında əlaqələrin inkişafı üçün böyük potensial mövcuddur. Mən Serbiya və Azərbaycanın regionlarındakı iş adamlarını və region administrasiyalarının məmurlarını münasibətləri möhkəmləndirməyə dəvət etmək istərdim. Biz bu məsələ üzərində fəal işləyirik və yaxın gələcəkdə Azərbaycan və Serbiya regionları arasında daha fəal əməkdaşlıq görmək istəyərdik.
-Cənab səfir, bildiyiniz kimi, son vaxtlar Qarabağ münaqişəsinin həllində durğunluq müşahidə olunur.Sizin fikrinizcə, ATƏT-in Minsk qrupunun nəticəsiz səyləri fonunda bu problemin həllində uğura necə nail olmaq olar?
- Bilirsinizmi, Serbiya Respublikasının rəsmi mövqeyi bu məsələdə dəyişməz olaraq qalır.Rəsmi Belqrad Azərbaycanın ərazi bütövlüyünü və müstəqilliyini dəstəkləyir.
Mən sizinlə razıyam.Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində müəyyən ləng siyasət müşahidə olunur. Beynəlxalq ictimaiyyətin səyləri görmək istədiyimiz nəticələrə gətirib çıxarmır.Artıq 20 ildir BMT-nin qəbul etdiyi qətnamələrə və beynəlxalq ictimaiyyətin səylərinə baxmayaraq, ATƏT-in Minsk qrupunun fəaliyyətinin nəticəsi yoxdur. Mənim şəxsi fikrimcə, əvvəlcə Azərbaycanın işğal edilmiş ərazilərini tərk etmək və ikitərəfli danışıqlara başlamaq lazımdır.
- Siz qəbul edilmiş qətnamələr məsələsinə toxundunuz. BMT TŞ başqa ölkələr, deyək ki, Liviya üzrə qətnamələr qəbul edib və o saat da yerinə yetirilib. Burda İrana qarşı həyata keçirilən iqtisadi sanksiyaları da qeyd etmək olar. Onlar da yerinə yetirilir. Sizə elə gəlmirmi ki, əgər Qarabağ problemini yaxın Şərq və İranla müqayisə etsək, qeyri-iradi ikili standartların tətbiq edilməsi gözə çarpır?
–Düzgün qeyd etdiniz ki, XXI əsrdə beynəlxalq hüquq pozulur. İkili standartlar möhkəmnlənir və Serbiya və Azərbaycanın da mövqeyi bu məsələdə aydındır. Biz beynəlxalq təşkilatlar çərçivəsində, ümumiyyətlə beynəlxalq arenada ikili standartlar baş verməsin deyə bir-birimizi dəstəkləyirik. Təəssüf ki, Dağlıq Qarabağ münaqişəsinə və Serbiyaya məxsus qondarma Kosovo Respublikasına qarşı da ikili standartlar mövcuddur.
Mən əminəm ki, böhranın sülh yolu ilə nizmlanması bütün münaqişə vəziyyətlərində yeganə yoldur. Birbaşa sülh danışıqları aparmaq lazımdır. Bu, uşaqların gələcək generasiyası üçün lazımdır, çünki iki ölkə qonşudur, birgə yaşayıblar və yaşayacaqlar. Buna görə, təkrar edirəm, əvvəlcə işğala son vermək lazımdır, sonra danışıqlar masası arxasına keçərək bundan sonra necə yaşamaq barədə qərar vermək lazımdır.
- İkili standartlar mövzusunu davam etdirmək lazımdır. Haaqa Tribunalı bu yaxınlarda Xorvatiya generalları Ante Qotovin və Mladen Markaça 1955-ci ildə Serbiyanın Krain şəhərində törətdikləri hərbi cinayətlər işi üzrə bəraət verib. Digər təfəfdən, AYİB-in İdarə Şurası Kosovonu bankın üzv ölkələri sırasına daxil edilməsi barədə qərar qəbul edib. Bu cür yanaşmaları necə qiymətləndirirsiniz?
-O zamankı Kosovo terror təşkilatının lideri və Xorvatiya generalının azad edilməsi rəsmi Belqradın narazılığına səbəb oldu. Bu cür məsələlərin həllində məhkəmənin belə standart və yanaşmaları beynəlxalq hüquqa qarşı inamsızlıq yaradır. Bir tərəfdən 1990-cı illərdə baş vermiş və 250 mindən çox insanın Xorvatiyadan məcburən köçməsinə səbəb olmuş etnik təmizləmə, digər tərəfdən Haaqa tribunalının ədalətli qiymət vermədiyi Kosovo ərazisindəki qətllər nəzərə alınsa -bu Balkanlarda xalqlar və dövlətlər arasında münasibətlərin nizamlanmasına müsbət zəmin yaratmır. Serbiya separatçının və generalın azad olunması barədə məhkəmə qərarını qınadı.Bu qərar Serbiyada hüququn təmin olunması kimi deyil,siyasi qərar olaraq qiymətləndirildi və bildirildi ki, bu mənfi nəticələrə gətirib çıxara bilər.
AYİB-ə gəlincə, xatırlatmaq istəyirəm ki, AYİB-də bankda kapitalı üstünlük təşkil edən üzv-ölkələr böyük təsirə malikdirklər və bu səsvermənin nəticələrində özünü göstərdi, eyni zamanda bu dövlətlər artıq Kosovonun müstəqilliyini tanıyıblar.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət