Rusiyanın Qəbələ RLS-in istifadəsindən imtina etməsi Azərbaycan-Rusiya münasibətlərinə mənfi təsir göstərməyəcək. Yeni Azərbaycan Partiyasının sədr müavini və icra katibi Əli Əhmədov buna əmindir.
"Bu, Rusiyanın seçimidir. Əgər Rusiya Qəbələ RLS-dən daha istifadə etməmək qərarına gəlibsə, bu, münasibətlərimizdə gərginliyin yaranmasına səbəb ola bilməz", - deyə Ə.Əhmədov çərşənbə axşamı jurnalistlərə bildirib.
O xatırladıb ki, Azərbaycan tərəfi RLS-in icarə müddətinin uzadılması təklifi ilə çıxış edib, ancaq Rusiya tərəfi bu təklifi qəbul etməyib. Hakim partiyanın nümayəndəsinin sözlərinə görə, bu qərar iki ölkə arasında çox geniş spektrə malik normal münasibətlər çərçivəsində qəbul edilib. "Bütün bunlar qarşılıqlı maraqlar əsasında ikitərəfli münasibətləri formalaşdırır və bir epizod bu münasibətlərdə gərginliyə səbəb olmayacaq ", - deyə Ə.Əhmədov vurğulayıb.
Bununla belə, o, ekspertlərin Azərbaycanın təhlükəsizliyinin təmin olunması nöqteyi-nəzərindən zəruri hesab edəcəkləri təqdirdə, gələcəkdə RLS-dən istifadə mümkünlüyünü istisna etməyib.
Bazar ertəsi Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti xəbər verib ki, Rusiya Qəbələ RLS-in istismarının dayandırılması ilə əlaqədar Azərbaycan XİN-ə nota təqdim edib.
İnformasiya-analitik mərkəz statusuna malik “Dəryal” RLS Qəbələ rayonunun ərazisində yerləşir və Azərbaycanın mülkiyyətinə aiddir. Bu obyekt 2002-ci ildə Azərbaycan və Rusiya parlamentlərinin ratifikasiya etdikləri saziş əsasında 10 il müddətinə Rusiya tərəfinə icarəyə verilib. İcarə haqqı illik $7 mln. təşkil edir. Stansiyanın icarəsinə dair qüvvədə olan sazişin müddəti 2012-ci il dekabrın 9-da başa çatıb.
İcarə müddətinin uzadılması məsələsi hələ 2011-ci ildə müzakirə edilməyə başlayıb. O zaman Rusiya Federasiyasının müdafiə naziri Anatoli Serdyukov Bakıda aparılan danışıqlarda yeni sazişin işlənib hazırlanması ilə bağlı razılığa gəlib.
Ancaq tərəflər icarə haqqı məsələləri ilə bağlı vahid fikrə gəlməyib. Bir sıra Rusiya KİV-nin məlumatına görə, Azərbaycan əvvəlcə Rusiya tərəfindən ildə $15 mln. icarə haqqı istəyib, sonra bu məbləği $150 mln.-a, son zamanlar isə $300 mln.-a qədər artırıb.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət