Rusiyanın Qəbələ RLS-in istifadəsindən imtina etməsi Bakı və Moskva arasında münasibətlərin pisləşməsi demək deyil. Azərbaycan parlamentinin spikeri Oqtay Əsədov belə hesab edir.
"Qəbələ RLS məsələsi ortaya çıxanda iki ölkə arasında komissiya yaradıldı. Danışıqların yekunları üzrə tərəflər istismarı dayandırmağa qərar verdilər. Bu, Azərbaycan və Rusiya arasında münasibətlərin korlanacağını bildirmir”, - deyə spiker çərşənbə axşamı Milli Məclisin plenar iclasında söyləyib.
Onun sözlərinə görə, "mətbuatda bu məsələ bir qədər başqa cür işıqlandırılır, amma bu, problemli məsələ deyil". O.Əsədov xatırladıb ki, hazırda Qazaxıstan Rusiya ilə Baykonurla bağlı sazişi təkrar nəzərdən keçirir və bu, iki ölkənin münasibətlərinə mənfi təsir etmir.
"Bu məsələni şişirtmək lazım deyil", - deyə spiker tövsiyə edib.
Bazar ertəsi Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti xəbər verib ki, Rusiya Qəbələ RLS-in istismarının dayandırılması ilə əlaqədar Azərbaycan XİN-ə nota təqdim edib.
İnformasiya-analitik mərkəz statusuna malik “Dəryal” RLS Qəbələ rayonunun ərazisində yerləşir və Azərbaycanın mülkiyyətinə aiddir. Bu obyekt 2002-ci ildə Azərbaycan və Rusiya parlamentlərinin ratifikasiya etdikləri saziş əsasında 10 il müddətinə Rusiya tərəfinə icarəyə verilib. İcarə haqqı illik $7 mln. təşkil edir. Sazişin müddəti 2012-ci il dekabrın 9-da başa çatıb.
İcarə müddətinin uzadılması məsələsi hələ 2011-ci ildə müzakirə edilməyə başlayıb. O zaman Rusiya Federasiyasının müdafiə naziri Anatoli Serdyukov Bakıda aparılan danışıqlarda yeni sazişin işlənib hazırlanması ilə bağlı razılığa gəlib.
Ancaq tərəflər icarə haqqı məsələləri ilə bağlı vahid fikrə gəlməyib. Bir sıra Rusiya KİV-nin məlumatına görə, Azərbaycan əvvəlcə Rusiya tərəfindən ildə $15 mln. icarə haqqı istəyib, sonra bu məbləği $150 mln.-a, son zamanlar isə $300 mln.-a qədər artırıb.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət