Moskvanın “Ukrayna” mehmanxanasının mətbuat zalında “Heydər Əliyev. Naməlum şəkillər” adlı sərgi keçirilib.Bu barədə Azərbaycanın rəsmi KİV-ləri məlumat yayıb.
Azərbaycanın Rusiyadakı səfirliyi tərəfindən təşkil olunmuş sərgidə görkəmli siyasətçinin həyatının Moskva dövrünə aid fotoşəkillər nümayiş etdirilir.
Sərgini giriş nitqi ilə açan Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu görkəmli dövlət xadiminin Sovet tarixindəki rolundan danışıb.Onun sözlərinə görə, 1984-cü ildə Heydər Əliyev Sov. İKP MK Siyasi Bürosunun üzvü və SSRİ Nazirlər Kabineti sədrinin müavini, həmçinin Baykal –Amur Magistralının tikintisi üzrə Nazirlər Kabineti komissiyasının rəhbəri olarkən BAM-a gedən hökumət nümnayəndə heyətinə rəhbərlik edib. Nümayəndə heyəti tikintinin son mərhələsi çərçivəsində görülən işləri təftiş etməli idi.
“Ust-Kutadan Sakit okeana qədər olan bütün yolda İrkuts “Vostoçnı- Sibirskaya pravda” qəzetinin fotomüxbiri Valeri Krasev də onları müşayət edirdi.O Heydər Əliyevin BAM qəhrəmanları, yerli rəhbərliklə görüşlərini lentə alıb. V.Krasev lentə aldığı 1,6 mindən çox fotosəkli qoruyub və bu yaxınlarda Rusiyadakı Azərbaycan səfirliyinə təqdim edib.Bu gün burda bu nadir fotoların bir hissəsi nümayiş olunur-bu şəkillər bizim ümumi tariximizin və dahi siyasətçinin bu tarixə töhfələrinin sübutudur.Bu nadir fotoşəkillər Heydər Əliyev fonduna hədiyyə ediləcək”,- deyə P.bülbüloğlu qeyd edib.
Bir vaxtlar Heydər Əliyevin təhlüçəsizlik xidmətinə rəhbərlik etmiş “İnterfaks -Azərbaycan” informasiya agentliyinin baş direktoru Aleksandr İvanov dahi siyasətçinin həyatının bir neçə ilini keçirdiyi Moskva şəhərində ona həsr olunmuş sərginin keçirilməsini əhəmiyyətli hadisə adlandırıb.A.İvanov yalnız Azərbaycanın deyil, Sovet tarixində də dərin iz buraxmış bu nadir şəxsiyyət haqqında xatirələrini danışıb.
Fotoşəkillərin müəllifi Valeri Krasev sərgi iştirakçılarına minnətdarlığını bildiribümumilli lider haqqında xatirələrini bölüşən V.Krasev şəkilləri qayğıyla qoruduğunu qeyd edərək, belə böyük bir şəxsiyyətlə tanışlıqdan məmnuiyyət diyduğunu ifadə edib
“Mən bu fotoşəkilləri məmnuniyyətlə Azərbaycan səfirliyinə təqdim etdim. Bilirəm ki onlar gələcəkdə Heydər Əliyev fondunda layiqli yer tutacaqlar”,- deyə fotoqraf əlavə edib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət