Cümə axşamı GUAM Parlament Assambleyasının Bakıda keçirilən 5-ci iclasının yekun Bəyannaməsi qəbul olunub.Bəyannamədə təşkilat ərazisindəki münaqişələrin həll ediməməsi ilə bağlı narahatlıq ifadə olunur.
“PA GUAM məkanındakı münaqişələrin nizamlanmasında irəliləyiş əldə edilməməsindən son dərəcə narahat olduğunu ifadə edib. Bu münaqişələr hazırkı situasiyada tək GUAM-a üzv olan ölkələr üçün deyil, bütün Avropa üçün təhlükə yaradır”,- deyə Bəyannamədə qeyd olunur.
Forum iştirtakçıları regionlararası əməkdaşlığın inkişafında beynəlxalq parlament təşkilatlarının rolunu yüksək qiymətləndirərək, bu kontekstdə bu cür əməkdaşlığın inkişafı üçün GUAM PA ilə digər regional parlament təşkilatlar arasında effektiv mexanizm olaraq səmərəli tərfdaşlıq dialoqunun və qarşılıqlı təsirin rolunu qeyd ediblər
Tərəflər GUAM PA çərçivəsində demokratiya və insan haqları, ölkələrin iqtisadi inkişafı, regionda təhlükəsizliyin və sabitliyin təmin olunması kimi məsələlərin vacibliyini vurğulayırlar.
İclas iştirakçıları GUAM dövlətlərinin dinamik iqtisadi artım yolunda sabit inkişafı və sosial ahəngin təmin edilməsi üçün PA çərçivəsində qarşılıqlı əlaqələrin gücləndirilməsinin vacib olduğunu bir daha təsdiqləyiblər.
Qurum bəyannamədə Avropa İttifaqı ilə, xüsusilə Şərq Tərəfdaşlığı proqramı çərçivəsində hər bir üzv dövlətin fərdi xüsusiyyətləri və səyləri nəzərə alınmaqla əlaqələrin daha sıx inkişafını dəstəklədiyini bildirir.
PA son illər təşkilatın beynəlxalq fəaliyyətinin genişlənməsi və dərinləşməsi faktını alqışlayıb, həmçinin Baltika Assambleyası, Banilyuks parlamenti və digər beynəlxal və regional parlamentlərarası birliklərlə qarşılıqlı faydalı münasibətlərin möhkəmlənməsinin vacibliyini qeyd edib.
“PA təşkilatının üzvü olan dövlətlərin ümumi xarici siyasət prioritetlərinin dəstəklənməsi üçün səmərəli mexanizm kimi GUAM-ın aktivləşməsinin lazım olduğunu ifadə edib "- deyə sənəddə deyilir.
GUAM PA Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfələrini yüksək qiymətləndirib və quruma üzv dövlətlərlə həyata keçirilən enerji layihələrinə öz dəstəyini ifadə edib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət