GUAM təşkilatı məkanında münaqişələrin həllində dövlətlərin ərazi bütövlüyünün sarsılmazlığı başlıca prinsip olmalıdır. Bu barədə GUAM-ın baş katibi Valeri Çeçelaşvili bəyan edib.
“Bu münaqişələr ölkələrin ərazi bütövlüyü çərçivəsində, beynəlxlaq hüquq normalarına əsaslanaraq sülh yolu ilə həllini tapmalıdır. Nümayəndə heyətlərimiz bunlardan ən başlıcasının ərazi bütövlüyü olduğunu hesab edirlər”, - deyə baş katib cümə axşamı GUAM Parlament Assambleyasının beşinci iclasının yekununa həsr olunmuş mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, mövcud münaqişələrin həllinin ayrıca formatı var və həmin çərçivədə onları sülh yolu ilə nizamlamaq yolları axtarılır. “Biz ümid edirik ki, mövcud mexanizmlər çərçivəsində bütün tərəflər müvafiq qərarların tapılması üşün səylərini aktivləşdirəcəklər”.
“Təşkilatımıza gəlincə həmin münaqişələrin nizamlanmasını gördüyümüz bizim çox dəqiq platformamız var. Bu dövlət başçılarının 2006-cı il martın 23-də Kiyev sammitində qəbul etdikləri birgə bəyanatdır. Mən deyərdim ki, bu bəyanat nəinki öz aktuallığını itirməyib, əksinə beynəlxalq münasibətlərin inkişafı ilə əlaqədar daha da aktuallıq qazanıb”, - deyə baş katib vurğulayıb.
“GUAM təşkilata üzv ölkələrin mövqeləri xeyrinə bu münaqişəli vəziyyətlərin həlli üçün geniş beynəlxalq ictimaiyyətin dəstəyini səfərbər etməyə və onu qazanmağa çalışır. Həmin dövlətlər şübhəsizdir və tam şəkildə beynəlxalq hüquq norma və prinsiplərinin tətbiqi və onların əsasınsa münaqişələrin həllinə əsaslanırlar”, - deyə o əlavə edib.
Eyni zamanda V.Çeçelaşvili təşkilat üzvlərinin Nyu-Yorkda qəbul edilməsinin zəruriliyini vurğuladıqları BMT Baş Assambleyasının “GUAM ərazisində həlli yubanan münaqişələr və onların beynəlxalq sülhün və təhlükəsizliyin möhkəmlənməsinə təsiri haqqında” qətnamə layihəsini xatırladıb.
“Baş Assambleyada səsvermə zamanı bizim artıq bu gün həll ediləcək qədər səs toplayacağımızın ehtimalı çox yüksəkdir. Lakin, bizə sadəcə həll edici səs çoxluğu lazım deyil. Baş Assambleyada bütün aparıcı oyunçuların dəstəyi nəzərə alınmaqla bizə ölkələrin böyük əksəriyyətinin dəstəyi lazımdır”, - deyə diplomat bildirib.
Bununla əlaqədar o, GUAM-a üzv ölkələrin beynəlxalq birliyə, həmçinin BMT-də birliyə “haqlı olduğumuzu, həmin münaqişələrin həllini gördüyümüz prinsipləri” səbrlə izah etməyə hazır olduqlarını qeyd edib. Onun sözlərinə görə, iki gün öncə qəbul edilən GUAM və BMT-nin əməkdaşlığa dair qətnaməsi “beynəlxalq münasibətlər sistemində nəinki təşkilatın nüfuz və etibarını möhkəmləndirib. O həlli yubanan münaqişələrə dair qətnamə üzərində işə imkan yaradacaq”
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət