Azərbaycanın işğal edilən ərazilərində ermənilərin yeni aeroportu istifadəyə verməsi ehtimalı bir çox təhlükələr yaradır. Amerikalı ekspert Cerald Robbins belə hesab edir.
“Bu aeroport yalnız münaqişənin nizamlanmasına maneə törətmir. Həmçinin bu obyektin mümkün istifadə yolları və məqsədləri narahatlıq yaratmalıdır”, - deyə o “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
Bununla əlaqədar C.Robbins ABŞ Dövlər Departamentinin bu aeroportla bağlı bəyanatını tənqid edib. Bəyanatda yalnız Bakı və İrəvanın məsələni diplomatik yolla həll edəcəyinə ümid edildiyi bildirilir. “Bu bəyanat dövlət katibi H.Klintonun bir neçə ay öncə söz verdiyi Qarabağ münaqişəsinin həllində ABŞ-ın fəallaşması fikrinə ziddir”, - deyə politoloq vurğulayıb.
C.Robbinsin fikrincə, ABŞ tranın regiona yaxınlığı və İrəvanla Tehran arasında səmimi münasibətləri nəzərə alaraq bu məsələ ətrafında vəziyyətin inkişafını diqqətlə müşahidə etməlidir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət