Azərbaycan Rusiya ilə çoxşaxəli əməkdaşlıqda maraqlıdır. Bu barədə xarici işlər naziri Elmar Məmmədyarov bir sıra yerli və xarici informasiya agentliklərinə müsahibəsində “İnterfaks-Azərbaycan” agentliyinin sualına cavab verərkən bəyan edib.
"Azərbaycan və Rusiya arasında əlaqələr yüksək səviyyədədir, dostluq, strateji tərəfdaşlıq münasibətləri mövcuddur və bütün sahələrdə əməkdaşlıq ildən-ilə genişlənir”, - deyə nazir bildirib.
O qeyd edib ki, Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olub və olmaqdadır. “İqtisadi-ticarət əlaqələrinin əsas parametrləri ikitərəfli münasibətlərin pozitiv inkişaf tendensiyalarının göstəricisidir. Ötən il iki ölkə arasında ticarət dövriyyəsinin həcmi rekord həddə çataraq 2 mlrd. 828 mln. ABŞ dolları təşkil edib. Başqa sözlə desək, ticarət dövriyyəsinin həcmi 2010-cu illə müqayisədə 47,4% artıb. Biz bu rəqəmi daha da artırmağı hədəfləmişik”, - deyə E.Məmmədyarov əlavə edib.
Onun sözlərinə görə, hər iki ölkə prezidentlərinin siyasi iradəsi və şəxsi münasibətləri əlaqələrimiz üçün istiqamətverici funksiya daşıyır. Ölkə başçıları Azərbaycan ilə Rusiya arasında ənənəvi dostluq və mehriban qonşuluq münasibətlərinin möhkəmlənməsinə və genişlənməsinə şəxsi töhfələr veriblər.
Nazir, həmçinin deyib ki, Azərbaycan Rusiyanın 70-dən artıq regionu ilə əməkdaşlıq qurub və ticarət-iqtisadi əlaqələrin əsas hissəsi onların payına düşür. “Məmnunluqla qeyd etmək istərdim ki, Azərbaycan Rusiya Federasiyasının əksər subyektləri ilə birbaşa əlaqələr qurub, onların bəziləri ilə hökumətlərarası sazişlər imzalayıb. Rusiyanın 70-dən artıq regionu Azərbaycanla əməkdaşlıq edir və iki ölkə arasında ticarət dövriyyəsinin 81,8%-i bu regionların payına düşür", - deyə E.Məmmədyarov vurğulayıb.
O bildirib ki, Rusiya Azərbaycan üçün Ermənistan-Azərbaycan münaqişəsinin həllində ATƏT-in Minsk Qrupunun həmsədri kimi mühüm əhəmiyyət daşıyır.
"Eyni zamanda nəzərə almaq lazımdır ki, Rusiya Federasiyası Azərbaycan üçün həm də Ermənistan-Azərbaycan münaqişəsinin həllində ATƏT-in Minsk Qrupunun həmsədri kimi mühüm əhəmiyyət daşıyır. Rusiya münaqişənin nizamlanmasında vasitəçilik missiyasını davam etdirir", - deyə XİN başçısı vurğulayıb.
“Əminəm ki, dövlətlərarası münasibətlərimiz, çoxsahəli əməkdaşlığımız və qarşılıqlı fəaliyyətimiz xalqlarımızın rifahı, regionda sülh, sabitlik və təhlükəsizlik naminə bundan sonra da hərtərəfli və dinamik şəkildə inkişaf edəcək”, - deyə o qeyd edib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət