SSRİ-nin süqutu və keçmiş postsovet məkanında ölkələrdə müstəqilliyin əldə edilməsi ilə keçmiş sovetlər məkanında yaşayan xalqların öz milli-mənəvi köklərinə qayıdış prosesi başlandı. Beləliklə, insanların kütləvi şəkildə dinə axını dünya dinlərinə yad ideyaların təbliğatı üçün missionerlərə ideal zəmin yaratdı. Xüsusilə bu proses Avropa və Asiyanın cənub sərhədində yerləşən və daxilində yüzlərlə milləti birləşdirən Qafqaz ölkələrində müşahidə edilib. Əsrlər boyunca Qafqaz strateji cəhətdən mühüm ərazi və dünya dövlətlərinin rəqabət meydanı hesab edilib. Müasir dünyada bu region hələ ki, qaynar qazan olaraq qalır.
Rusiya. Qafqaz Əmirliyi.
Ötən əsrin 90-cı illərin əvvəlindən etibarən Şimali Qafqazda xəstəxana, teatr və məktəblərdə insanların girov götürülməsi halları müşahidə edilib. Bu isə dinc əhali arasında çox sayda tələfatlarla nəticələnib. Rusiya hökuməti tərəfindən terrora qarşı görülən sərt tədbirlər qruplaşma rəhbərlərini insan faktorundan hakimiyyətə təzyiq rıçaqı kimi istifadə olunmaqdan imtina etməyə məcbur etdi.
Yaraqlı qruplaşma rəhbərləri anladılar ki, RF hökuməti qruplaşmalarla heç bir danışıqlara getmir. Qısa müddət ərzində keçirilən əməliyyatlar nəticəsində hüquq-mühafizə orqanları azadlıq hərəkatı adlandırılan və xəyali Qafqaz Əmirliyinin məşhur səhra komandirlərini məhv etdilər.
Rusiyanın Şimali Qafqaz problemləri bir qədər dəyişilmiş şəkildə indiyədək mövcuddur. Silahlı bandit qruplaşmaları polisin və Müdafiə Nazirliyinin blokpostlarına və vəzifəli şəxslərə hücum edirlər. Son zamanlar dini liderlərin oğurlanması, qətlə yetirilməsi və digər bu cür çirkin halların sayı artıb.
Gürcüstanda hakimiyyətinin dəyişilməsi dözülməzlik problemlərinə səbəb olur
Həmin 90-cı illərdə, SSRİ süqut etdikdən sonra, Zviad Qamsaxurdiya hakimiyyəti dövründə ölkənin azərbaycanlı əhalisi təqiblərə məruz qalıb. Milli mənsubiyyət zəminində qətllər törədilib, Gürcüstanın azərbaycanlı əhalisinin bir hissəsi yurdlarını və ölkəni tərk etmək məcburiyyətində qalıblar. Hakimiyyətə Eduard Şevardnadze gəldikdən sonra bu problem qismən həllini tapıb. Lakin, Mixail Saakaşvili hakimiyyətində etnik problemi dini problem əvəz edib. Gürcüstan ərazisi boyunca xristian dininin fəal təbliğatına başlanılıb.
2012-ci ilin oktyabrında keçirilən parlament seçkilərindən sonra yaranan siyasi fikir ayrılıqları azərbaycanlı ailələrə hücumların artmasına səbəb olub. Bunların arxasında nəyin durması barədə yalnız fərz etmək olar. Belə görünür ki, hər dəfə bu ölkədə hakimiyyət dəyişən zaman dini və etnik zəmində problemlər meydana gəlir.
Ermənistan – monoetnik və monodini ölkə nümunəsi
Ermənistana gəlincə, bu ölkədə problem çoxşaxəlidir. Baxmayaraq ki, bu ölkənin rəhbərliyi məqsədyönlü şəkildə tarixi təhrif edərək əzəli Azərbaycan ərazisində yaradılan Ermənistan Respublikasını – “tarixi erməni” adlandırır, Ermənistanın siyasətbazları təxminən ХХ əsrin ortalarından etibarən monoetnik və monodini dövlətin yaradılmasına başlayıblar. Ermənistanın işğalçı siyasəti nəticəsində çoxlu sayda islam mədəniyyət abidələri və məscidlər dağıdılaraq məhv edilib, o cümlədən işğal olunan Azərbaycan ərazilərində Qafqaz Albaniyasına mənsub qədim kilsələri erməniləşdirilib.
İstər keçmişdə, istərsə də hazırda Azərbaycanda din və dini etiqadla, digər millətlərə qarşı dözülməzliklə bağlı problemlər müşahidə edilmir. Əksinə, yüz illər boyunca Azərbaycan xalqı milli mənsubiyyətindən asılı olmayaraq bu ərazidə yaşayan digər xalqların milli-mənəvi dəyərlərinə hörmətlə yanaşıb. Ölkədə yaradılan tolerantlıq mühiti hətta Ermənistanın işğalçı siyasətinə davam gətirib. Azərbaycan xalqı, o cümlədən ölkə rəhbərliyi bu məsələni heç zaman siyasi müstəvidən dini müstəviyə çıxarmayıb. Ən maraqlısı odur ki, ölkə hakimiyyəti işğalçının dini abidələrini qoruyur – Bakının mərkəzində erməni kilsəsi bu günədək qorunub saxlanılıb. Elə xalq özü də, bu məsələdə dözümlülük nümayiş etdirir.
Tolerantlıq axtarışında – Azərbaycan 2012
Bu gün dünyanın din xadimləri qloballaşan müasir dünyada dövlət-din münasibətlərinin ideal modelinin axtarışındadırlar. Dövlət və din münasibətlərinin həlli tarixi boyunca mürəkkəb məsələ olub. Lakin, bu məsələnin həlli heç də hamı üçün çətin olmayıb. Nümunə kimi Azərbaycanı qeyd etmək olar. Ölkədə tarix boyunca xalqların dini və ya etnik mənsubiyyət əlamətinə görə sıxışdırılması faktları qeydə alınmayıb. Baxmayaraq ki, azərbaycanlılar özləri dəfələrlə təqibə və hüquqlarının tapdalanmasına məruz qalıblar. Beləliklə, Azərbaycan dünyanın digər ölkələri üçün tolerantlıq modeli ola bilərmi? Azərbaycanın dövlət-din münasibətləri təcrübəsini dünyanın digər regionlarında istifadə etmək mümkündür?
2012-ci il tarixdə Azərbaycan rəhbərliyinin çox sayda siyasi, iqtisadi və mədəni nailiyyətləri ilə yadda qalıb. 2012-ci ildə Azərbaycan bir daha sübut etdi ki, mövcud tolerantlıq nöqteyi-nəzərindən nümunədir və dövlət-din sahəsində siyasətə sadiqdir. Bunu Bakının keçirdiyi dini sahədə beynəlxalq tədbirlərdə iştirak edən müxtəlif ölkələrin dini xadimlərinin bəyanatları sübut edir. Ötən ilin yekunlarını qeyd edərək dekabrın 19-21 tarixlərində keçirilən “Dövlət və din: Dəyişən dünyada tolerantlığın gücləndirilməsi” I Beynəlxalq Bakı Forumunu xüsusi vurğulamaq istərdim. Forumun işində müxtəlif Şərq və Qərb ölkələrindən olan teoloqlar iştirak ediblər.
Məsləhətləşmə və müzakirələr xarakteri daşıyan Foruma 10-dan artıq ölkədən olan 30-dan çox xarici qonaq qatılıb. Onlar iki gün ərzində müxtəlif panellərdə “Tolerantlıq: konsepsiya və ictimai baxış”, “Dövlət-din münasibətlərində müasir meyillər”, “Milli və dini kimliyin vəhdəti: dövlət-din münasibətlərinin Azərbaycan modeli”, “Tolerantlıq və ifadə azadlığı”, “Universal Dialoq axtarışında” mövzular ətrafında müzakirələr aparıblar.
Bakıda bu cür mühüm tədbirin keçirilməsinin səbəbi ölkədə mövcud tolerantlığın səviyyəsidir. Bu tədbirin açılış mərasimində iştirakçılar tərəfindən qeyd edilib. Bu gün Azərbaycanda bütün dinlərin nümayəndələrinin azad şəkildə dini mərasim və ayinlərinin keçirmələrini inkar etmək qərəzli olardı. Digər tərəfdən, Azərbaycanda formalaşan sabit vəziyyət dövlətin din sahəsini yüksək səviyyədə dəstəkləməsindən xəbər verir. Bir sözlə, tolerantlığın Azərbaycan modelini nümunəvi adlandırmaq mümkündür, çünki dünyanın bir çox ölkələrində bu cür mühit mövcud deyil.
O cümlədən, qısaca olaraq Forumun yekunlarına dair qəbul edilən “Bakı Platforması”nı qeyd etmək lazımdır. “İnterfaks-Azərbaycan” İnformasiya Agentliyinin saytında dərc edilən məlumata əsasən, platformada xüsusilə dini tolerantlığın əhəmiyyəti və ekstremizmin zərəri, dünyada tolerantlığın müdafiəsi istiqamətində dövlət nümayəndələri, din xadimləri və alimlərdən ibarət əməkdaşlıq şəbəkəsinin yaradılması məsələsi əksini tapıb. Bundan başqa, sənəddə dinin siyasi alət kimi istifadəsinin qarşısının alınmasının zərurəti qeyd edilib. Forum iştirakçıları separatizmi pisləyərək onu beynəlxalq təhlükəsizliyə təhdid kimi qiymətləndiriblər. Ən başlıcası odur ki, iştirakçılar bu tədbiri illik keçirmək barədə razılığa gəliblər.
Buradan belə nəticə çıxır ki, qloballaşan dünyada dini tolerantlıq və etnik dözümlülük sahəsində, o cümlədən dövlət-din münasibətlərində Azərbaycanın vəziyyəti və perspektivləti kifayət qədər yüksəkdir.
Beləliklə, qeyd etmək lazımdır ki, tolerantlıq və dözümlülük – Azərbaycan xalqı üçün yenilik deyıl. Biz hər zaman bu cür yaşamışıq, tarixi eyniliyimizə əsaslanaraq, biri-birimizin mədəniyyətinə hörmət edərək, təkmilləşərək və dövlət-din münasibətlərini daha yüksək səviyyəyə qaldıraraq gələcəkdə də belə yaşayacağıq.
Digər dövlətlərin Azərbaycan modelinin tədricən bu və ya digər ölkədə tətbiq edilməsi üçün şansların nə qədər yüksək olması məsələsi açıq olaraq qalır. Çünki bu halda dilemma heç də asan deyil və müxtəlif din və icma nümayəndələri ilə səbrli iş, həmçinin mövcud reallıq və problemlərə diqqətli yanaşma tələb edir. Çünki hər hansı modelin tətbiqi zamanı ölkənin mədəniyyəti, ənənələri və digər ictimai aspektləri, burada yaşayan etnik azlıqları nəzərə almaq lazımdır.
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət