Niderlandin maliyyə naziri Ceron Dayselblum Avropa Qrupunun yeni sədri seçilib.Bu barədə bazar ertəsi onun sələfi, Lüksemburqun baş naziri Jan Klod Yunker məlumat verib.
Yeni sədri salamlayan Avropa Kommisiyasının sədr müavini Olli Ren deyib: “Jan Klod (Yunker –UF) öz işini çox yaxşı yerinə yetirdi”.
Avrozonanın maliyyə nazirlərinin toplantısının yekunlarına həsr olunmuş mətbuat konfransında çıxış edən O.Renin sözlərinə görə,Avropa Qrupu bir şox vacib məsələlərin həllinə görə J.K.Yunkerə minnətdardır.
Jurnalistlərin yeni sədrin yekdilliklə seçilməməsinin fikir ayrılığına səbəb olub –olmayacağı barədə sualını J.K.Yunker belə cavablandırıb: “Bunun dramatik nəticələrə gətirib çıxaracağını düşünmürəm”
“Birinci onu qeyd edim ki, mən Avropa Qrupunun sədri vəzifəsindən ayrıldığım üçün məmnunam , bu ağır və məsuliyyətli işdir.İkincisi, mən bu posta cənab Dayselblumun təyin olunmasından da çox məmnunam.Bəli, o məndən gəncdir. Bu nəzərə çarpır.Bu doğrudur ki, onun mənimki kim zəngin təcrübəsi yoxdur, çünki o bizim Avropa Qrupunda tamamilə yenidir, təcrübəsizdir, lakin mən əminəm ki,o bu funksiyanı böyük məsuliyyətlə yerinə yetirəcək, çünki o möhkəm əqidəli avropalıdır”,- deyə J.K.Yunker əlavə edib.
Öz növbəsində D.Dayselblum J.K.Yunkerin xidmətlərini qeyd edərək söyləyib: “ İqtisadi və maliyyə böhranı Avropa zonası və özünü avropalı hesab edən bütün vətəndaşlara təsir göstərdi.Bu son illərdə biz qəti tədbirlər həyata keçirdik.Avrozonada etimad bərpa edilir, lakin banklar üçün siyasi çərçivələrə gəlincə strukturda islahatların aparıması üçün başqa tədbirlər görülməlidir.Avropanın sosial və rəqabətədavamlı iqtisadiyyatının saxlanılması üçün bu tədbirlər zəruridir.Yüksək qiymətləndirdiyimiz Avropa sosial modelinin saxlanılması üçün də bu vacibdir”
“Beləliklə, qarşıdmızda çox böyük məsələ dayanır.Biz iqtisadi artımı gücləndirməli, məşğulluğa stimul verməliyik”,- deyə D.Dayselblum qeyd edib.
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət