Moskva yaxınlığındakı Kolomna bazarında 7 mln. rubl dəyərində xəz məmulatlarının oğurlanması ilə bağlı cinayət işinin üstü açılıb. Bu barədə “İnterfaks” agentliyinə Rusiya DİN-in Moskva vilayəti üzrə Baş İdarəsinin mətbuat xidməti cümə axşamı məlumat verib.
Xəbər verildiyi kimi, keçən ilin noyabr ayında Kolomnadakı geyim bazarı ərazisinə üç nəfər naməlum maskalı şəxs soxularaq tapançayla hədələyərək gözətçilərə bədən xəsarəti yetiriblər, sonra onlar dörd konteyneri açaraq oradakı xəz və dəri məhsullarını qarət ediblər.Zərəçəkənlər oğurlanan malların 7 mln. rubl dəyərində olduğunu söyləyiblər”,- deyə mətbuat xidmətinin əməkdaşı qeyd edib.
Faktla bağlı cinayət işi qaldırılıb.Kolomno Cinayət Axtarışı şöbəsinin əməkdaşları qarətçilərin izinə düşə bilib, onların şəxsiyyətini və yaşayış yerlərini müəyyənləşdirib.
“Bir neçə gün bundan əvvəl əməliyyatçılar Xüsusi Çevik Polis Alayının dəstəyi ilə Balaşixdə kirayə tutulmuş evdə hər üç nəfəri yaxalayıb və polis idarəsinə gətiriblər.Onların hər üçü Azərbaycan vətəndaşıdır.Saxlanılan şəxslərdən birinin 27, ikisinin isə 21 yaşı var”,- deyə agentliyin müsahibi əlavə edib.
Axtarış zamanı saxlanılan şəxslərdən tam döyüş komplekti ilə tapança və qarət edilmiş malların bir hissəsi tapılaraq müsadirə edilib.
Şübhəlilər məhkəmənin qərarı ilə həbs ediliblər. Saxlanılan şəxslərin Moskva regionu ərazisində başqa cinayətlərlə əlaqəsinin olub -olmaması müəyyənləşdirilir.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət