İran 2015 və ya 2016-cı ildən tez nüvə silahı yarada bilməz.İsrail xüsusi kəşfiyyat oprqanının nümayəndələri belə hesab edirlər.
“Mayami qerald” qəzetinin çərşənbə axşamı yaydığı məlumata əsasən, İsrailin baş naziri Benyamin Netanyahu 2013-cü ilin İranın nüvə proqramı üçün həlledici il olacağını söyləmişdi.Bununla yanaşı , baş nazir qeyd etmişdi ki, artıq 2013-cü ilin yayında İran nüvə silahının yaradılması üzrə final mərhələsinə qədəm qoyacaq.
“Bu əvvəlki məlumatlara əsasən, hesablanmış məlumatlar idi, indi məlumatlar dəyişib”,- deyə İsrail xüsusi xidmət orqanının nümayəndəsi qəzetə bildirib.
Onun sözlərinə görə, İranın hərbi obyektlərində nüvə silahı üzərində işlərdə bir sıra uğursuzluqlardan sonra İranın hakim dairələrinin təşəbbüsü ilə işlərin sürəti azaldılıb.
“Biz İranın nüvə proqramındakı ləngimələri yalnız bədbəxt hadisələrin və sabotajın ayağına yaza bilmərik. Nüvə silahının yaradılmasında çox qorxulan tələsmə müşahidə edilmir.Əksinə bu sahədə işlərin sürətinin bilərəkdən azaldığı görünməkdədir”,- deyə qəzetin müsahibi bildirib.
İsrail XİN nümayəndəsi “Mayami qerald” qəzetinə bildirib ki, beynəlxalq təzyiq və sanksiyalar nəzərəçarpan dəyişikliyə səbəb olub.
“İran asta hərəkət edir, lakin irəliləyir.Biz hesab edirik ki, bu ABŞ başda olmaqla göstərilən beynəlxal təzyiqin nəticəsidir”,- deyə qəzetin müsahibi əlavə edib.
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət