Əfqanıstan prezidenti Həmid Karzay çərşənbə axşamı bəyan edib ki, "Taliban" hərəkatının nümayəndələri ilə atəşkəsin elan edilməsi haqqında danışıqlar bilavasitə Əfqanıstan hökumətinin iştirakı ilə aparılmalıdır. Bu barədə "Associated Press" xəbər verir.
"Bizim bütün siyasətçilərimiz bilməlidirlər ki, sülh danışıqları yalnız vahid mövqedə birləşdiyimiz zaman nəticə verəcək və bu proses Ali Sülh Şurası (taliblərlə danışıqlar üçün xüsusi hökumət orqanı - İF) vasitəsilə həyata keçiriləcək", - deyə H.Karzay bildirib.
ABŞ və taliblər arasında 2012-ci ilin mart ayında başlamış qeyri-formal danışıqlar nəticəsiz başa çatıb.
"Taliban" martın ortalarında ABŞ-la danışıqları dayandırdığını elan edib və amerikalı nümayəndələrin mövqeyini son dərəcə qeyri-müəyyən adlandırıb.
Öz növbəsində, ABŞ dialoqun qurulması üçün "Taliban" hərəkatı ilə danışıqları davam etdirməyə hazır olduğunu deyib.
Əfqanıstanın hökumət nümayəndələri ilə "Taliban" hərəkatının yüksək vəzifəli rəhbərlərinin sonuncu görüşü dekabrın sonunda Fransada baş tutub.
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət