SOCAR şirkəti (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, ARDNŞ) və Dünya Bankı (DB) bazar ertəsi Bakıda SOCAR və Səmt Qazının Yandırılmasının Qlobal Səviyyədə Azaldılması üzrə Tərəfdaşlıq (Global Gas Flaring Reduction) arasında 4-cü mərhələyə dair inzibati saziş imzalayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri məlumat verib.
Sənədi SOCAR-ın Ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə və Dünya Bankının Azərbaycandakı nümayəndəliyinin baş meneceri Larisa Leşçenko imzalayıblar.
SOCAR 2008-ci ildə tərəfdaşlığa qoşulub. Bundan sonra səmt qazının yandırılması həcmlərinin azaldılmasına dair plan hazırlanıb. Planın reallaşdırılması nəticəsində SOCAR 500 mln. kubmetr səmt qazının utilizasiyasına nail olub. Bununla da atmosferə 8 mln. ton karbon qazının tullanmasının qarşısını alıb.
R.Hüseynzadənin sözlərinə görə, səmt və aşağı təzyiqli qazın utilizasiyası üzrə işlər yalnız dənizdəki yataqlarda aparılmır.
“SOCAR Yaponiyanın “Sumitomo” şirkəti ilə səmt qazının quruda toplanması və istehlakçılara çatdırırlmasına dair saziş imzalayıb”, - deyə R.Hüseynzadə bildirib.
O əlavə edib ki, SOCAR səmt və aşağı təzyiqli qazın atmosferə tullanmasının sıfıra çatdırılması üzrə iş aparır. “Hazırda qazın utilizasiya göstəricisi SOCAR-a görə 97% təşkil edir. Yaxın bir-il yarım ərzində bu qazların atmosferə tullantılarını sıfıra çatdıracağıq”, - deyə o vurğulayıb.
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
«Nar» Azərbaycanın bölgələrində İKT peşəkarlarını hazırlayır
Bakcell-in ölkə miqyaslı rebrendinq tədbiri Laçında yekunlaşdı
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət