“Təmiz Şəhər” ASC tərəfindən tullantıların azaldılması sahəsində uzunmüddətli maarifləndirmə proqramı çərçivəsində keçirilən “Tullantı Kalkulyatoru” layihəsi ölkəmiz üçün əsl yenilik oldu. “İnformasiya-kommunikasiya texnologiyaları ili” ərzində əhali arasında elektron xidmətlərdən istifadəyə marağın artırılması baxımından böyük əhəmiyyətə malik olan layihə ətraf mühitin müdafiəsi ilə bağlı maarifləndirməni gücləndirilməsinə xidmət edir. Tullantıların idarəolunması sahəsində unikal bir layihə olan tullantı kalkulyatorunun əsas məqsədi ətraf mühitin mühafizəsi sahəsində əhalinin məlumatlılıq səviyyəsini artırmaqla yanaşı, həmçinin Yer kürəsində iqlim dəyişikliyinin qarşısının alınmasına yardımçı olmaqdır.
2012-ci ilin oktyabr ayından istifadəyə verilmiş kalkulyator vasitəsilə yüzlərlə vətəndaşımız hər gün atdıqları tullantıların ətraf mühitə təsirini qiymətləndirmiş və istilik effekti yaradan qazların miqdarını hesablamışlar. İstənilən yerdə olarkən gündəlik həyatda “Tullantı Kalkulyatoru”ndan istifadə edərək ətraf mühitə hansı dərəcədə təsir göstərdiklərini aydın şəkildə görmək və izləmək, əhalini ətraf mühitə daha məsuliyyətli yanaşmağa təşviq edir.
Qeyd: 2012-ci ilin oktyabr ayından etibarən “Təmiz Şəhər” ASC tullantıların azaldılması sahəsində uzunmüddətli maarifləndirmə proqramına start vermişdir. Proqramın əsas məqsədi ehtiyacdan artıq istehlakın qarşısını almaq və tullantıların azaldılması ilə əhalinin ətraf mühitin mühafizəsində daha aktiv iştirakını təmin etməkdir. Maarifləndirmə proqramı çərçivəsində “Tullantı kalkulyatoru” və “Bərk məişət tullantılarının idarəedilməsinə dair terminoloji lüğət” layihələri və ictimai maaarifləndirmə aksiyaları keçirilir.
Mətbuat Xidməti
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət