“İnterfaks-Azərbaycan” İnformasiya Agentliyinin Azərbaycanda Amerika Ticarət Palatasının (“AMCHAM Azerbaijan”) icraçı direktoru Nərgiz Nəsrullayeva ilə müsahibəsi.
- İcazə versəniz müsahibəyə ənənəvi sual ilə başlamaq istərdik: ötən il Sizin üçün nə ilə yadda qalıb?
- 2012-ci il Palata üçün uğurlu olub. Həcm və üzvlərin sayına, o cümlədən, hazırda əhatə etdiyimiz şirkətlərin dairəsinə görə artmağa davam etmişik. Ötən il öz sektorlarında trendlər təşkil edən və lider olan 40 şirkət sıralarımıza daxil olub. Biz, əlbəttə ki, bununla fəxr edirik. Palatanın, üzvlərə təqdim etdiyi xidmətlərin sayı və keyfiyyəti artır. Son il ərzində xidmətlərimizi daha da sistemli formaya salmışıq. Yəni, Palata iki istiqamətdə fəaliyyət göstərir. Birinci istiqamət üzvlərimizin biznesinin inkişafı üzrə xidmətlərin təqdim edilməsi, onların müştəri bazasının artması, əlaqələrin qurulmasından ibarətdir. Ötən il 60-dan artıq tədbir keçirməyimiz bunun ən parlaq nümunəsidir. Yəni, bir ayda beş tədbir keçirmişik. Lakin biznes dairələri üçün iyun və dekabr kimi “sakit” ayları istisna etsək, o zaman bir ayda 6-7 tədbir olub. Görüşlər müxtəlif formatda keçirilib. Bizim altı komitəmiz fəaliyyət göstərir: gömrük və vergilər üzrə; bank, maliyyə və sığorta üzrə; informasiya texnologiyaları üzrə; kadr və insan resursları üzrə; korporativ sosial məsuliyyət üzrə; turizm üzrə. İstənilən şirkətin istənilən əməkdaşı bu komitələrin işində iştirak edə bilər. Məsələn, kadrlar üzrə komitə - daha dar ixtisaslaşdırılmış səviyyədə əlaqələrdir. Yəni, burada həmkarlar biri biri ilə ünsiyyət qurur, ümumi məsələləri müzakirə edir, təcrübə ilə paylaşırlar. Əgər zərurət varsa biz hətta dövlət strukturlarından mütəxəssislər cəlb edirik, onlar işgüzar səviyyədə bu və ya digər məsələri və s. müzakirə edirlər. Qeyd etdiyim kimi, tədbirlərimiz əksəriyyəti – biznes görüşlərdir. Bizim müəyyən sayda sosial yönümlü tədbirlərimiz də var. Bu, üzvlərimizin qeyri-rəsmi şəraitdə görüşmələri üçün təşkil edilir. Məsələn, üzvlərimizin öz ailələri ilə görüşü üçün nəzərdə tutulan 1600 nəfərlik böyük piknik təşkil etmişik. Bizdə e-amcham (elektron-amcham) adlandırdığımız elektron sistem mövcuddur. Palatanın hər üzvünün öz loqin və parolu var ki, onun köməyi ilə veb-saytımızın qapalı hissəsinə daxil olaraq çox sayda məlumatlar, o cümlədən üzvlərimizin əlaqə nömrələri və s. istifadə edə bilərlər.
İkinci istiqamət – biznes mühitin yaxşılamasına dair Azərbaycan hökuməti ilə əməkdaşlıqdır. Bu, prinsip etibarilə, 16 il ərzində apardığımız işdir, lakin 2009-cu ildən əməkdaşlığı daha yüksək səviyyəyə çatdırdıq. Son bir neçə il ərzində, xüsusilə 2012-ci ildə, bu əməkdaşlığın nəticələrini görürük. Yəni, indiyədək bu daha çox reaktiv, könüllü əsasda baş verib. Bəzi dövlət strukturları müəyyən qanun layihəsi və ya digər sənədləri qeyri-rəsmi səviyyədə şərh etmək xahişi ilə müraciət edirdi. 2009-cü ildən etibarən Azərbaycan parlamenti ilə fəal işləməyə başladıq. Bununla yanaşı, vurğulamaq istərdim ki, biz qətiyyən siyasi təşkilat deyilik. Bizi yalnız ölkə iqtisadiyyatının, biznesin inkişafı maraqlandırır. Qanunvericilik təşəbbüsünə gəlincə, bizi yalnız iqtisadiyyat və biznesin inkişafına təsir edə biləcək qanunlar maraqlandırır.
- Siz qeyd etdiniz ki, Palataya daha 40 şirkət daxil olub. Nəticədə Palatanın neçə üzvü oldu?
- “AMCHAM”-ın üzvlərinin sayı 252-ə çatıb. Biz ölkənin 20 iri bank, 2 sement fabriki, 3 GSM operatoru, 12 ən iri mehmanxana, 4 aviaşirkət, 10 sığorta şirkəti və s. təmsil etdiyimizə görə qürur hissi duyuruq. Yəni, ASK-dan başqa iqtisadiyyatın bütün sahələrini təmsil edirik. Bu sahə bizim ən güclü tərəfimiz deyil.
- Demək, siz məhz 13 sahə üzrə Azərbaycan hökuməti ilə çalışırsınız?
- 13 sahədən hər birində bu məsələyə dair özəl sektorun rəyi, nöqteyi-nəzərini təqdim edə bilərik. Bu istiqamətdə Azərbaycan hökuməti, parlamentlə, o cümlədən, beynəlxalq maliyyə institutları ilə çalışırıq. Hər hansı qanun layihəsi və ya sənəd üçün özəl sektorun şərhi zərurəti yarandıqda, o zaman Palata halların 90%-də real ekspert rəyi verə bilər.
- Sizin Azərbaycan hökuməti ilə əməkdaşlığınızın iş prinsipini ətraflı öyrənmək maraqlı olardı.
- İlk olaraq necə çalışdığımızı izah edim. Biz qanun layihəsinin bir nüsxəsini əldə edirik və zərurət olarsa onu tərcümə edirik. Və ya sənəd komitələrimizin səlahiyyətinə verilir. Əgər bu daha qlobal sənəddirsə, məsələn Rəqabət Məcəlləsi, o zaman yeni işçi qrupu yaradırıq. Bir neçə həftə davam edən təhlil və fikir mübadiləsindən sonra position paper (mövqeyi izah edən sənəd) hazırlayırıq. Bu sənədlər 2-3 səhifədə dərc edilir. Biz onları müvafiq orqanlara göndəririk. Bunlar, xüsusilə, Milli Məclis, Prezident Administrasiyası, əsas nazirliklərdir. Rolumuzu özəl sektorun mövqeyini ölkənin iqtisadi siyasətini müəyyən edən şəxslərə çatdırmaqda görürük. 2012-ci il ərzində gömrük, turizm, vergi üzrə 7 position paper dərc etmişik.
- Kifayət qədər uzun müddətdir Rəqabət Məcəlləsi üzərində iş aparılır. Sizin fikrinizcə, onun qəbul edilməsinə nə mane olur?
- Haradasa 2-3 il öncə, bu sənəd üzərində iş başlayan zaman bizim reaksiyamız aydın olub. Rəyimizə əsasən həmin sənəd natamam idi. Hazırki vəziyyətdə bu sənəd daha çox anlaşılmazlıq yaradacaq. İki il öncə biz sənədi təkrar hazırlamağı təklif etdik. Bu Məcəlləyə dair bütün müvafiq idarələrə göndərilən Position paper hazırladıq.
- Vergilər Nazirliyi – sizin daimi və çoxdan əməkdaşlıq etdiyiniz idarələrdən biridir. Əminəm ki, 2013-cü il də istisna olmayacaq. Bu idarə ilə hansı istiqamətdə əməkdaşlığı davam etdirəcəksiniz?
- Əməkdaşlığımız əsas istiqamətlərindən biri nağdsız hesablaşmaların artırılmasıdır. “AMCHAM”-a üzv olan şirkətlərin üzvləri ölkənin ən iri vergi ödəyiciləridir. Onlar dövlət büdcəsinə milyonlarla manat ödəniş edirlər. Vergi ödəyiciləri qismində daha artıq şirkətlərin olması bizim üçün vacibdir.
- Gömrük idarəsinə dair hansı planlarınız var?
- 2012-ci ilin fevral ayında biz narahatlıq yaradan məsələri gündəmə gətirdik. Həmin idarəyə geniş məzmunlu, bir sıra ciddi problemlərə dair position paper göndərdik. Hazırda üzvlərimizdən həmin problemlərin mövcud olub-olmamasını öyrənməyə çalışırıq. Hazırda position paper yeniləmək mərhələsindəyik, bundan sonra onu təkrar idarəyə göndərəcəyik.
- Digər ölkə ərazisində biznesin yaradılması prosesində, hazırki vəziyyətdə investisiyalar cəlb etmək üçün viza məsələsi əvəzedilməz rol oynayır. Bu sahədə Azərbaycan hökuməti ilə hansı formada əməkdaşlıq edirsiniz?
- Bu həqiqətən vacib məsələlərdən biridir. Bu məsələyə dair Dövlət Miqrasiya Xidməti ilə fəal əməkdaşlıq edirik. Heç bir biznes assosiasiyası bu cür yüksək səviyyədə həmin idarə ilə əməkdaşlıq etmir. Xidmətin yaradıldığı ilk gündən etibarən əməkdaşlıq qurmuşuq. Ötən il Xidmətin rəisi və müavini ilə altı görüş keçirilib. Hər ay miqrantlar gətirən şirkətlərin məktublarını idarəyə ünvanlayırıq. Xidmətin çox yüksək açıqlıq, əməkdaşlıq səviyyəsini qeyd etməliyəm. 2013-cü ildə Miqrasiya Məcəlləsi üzərində fəal çalışacağıq. Təbii ki, Azərbaycan XİN ilə birgə turizm biznesi və biznes vizalara dair işlər görüləcək. İnanırıq ki, bazarın və tərəfdaşlıq münasibətlərinin inkişafı, dünya bazarlarına Azərbaycanın açıqlığı üçün biznes turizm, yəni iş adamlarının maneəsiz ölkəyə səfər etmək imkanı böyük əhəmiyyət kəsb edir. Azərbaycan o qədər də böyük ölkə deyil və özünü dünya miqyasında regionun bir hissəsi kimi qələmə verə bilər. Biz Azərbaycanı tranzit mərkəz kimi görmək istərdik. Unutmaq lazım deyil ki, söhbət potensial investorlardan gedir. İstənilən biznes qərarı iş adamının səfəri, vəziyyətlə yerində tanış olduqdan sonra qəbul edilir. Bundan sonra həmin şəxs investisiya yatırır. Əfsuslar olsun ki, hazırki viza rejiminin mənfi təsirini hiss edirik. Bir transmilli şirkətin digər regiona planlaşdırılan səfərin nümunəsini görürük. Sizin onların necə hərəkət etdikləri barədə məlumatınız var – bir gün bir ölkədə, yarım gün digər ölkədə. Lakin, viza səbəbindən onlar Azərbaycan səfər edə bilmirlər. Biz bilirik ki, viza rejiminin təkmilləşdirilməsi, avtomatlaşdırılmasına dair tədbirlər görülür. Biznes üçün proqnozlaşdırma və aydınlıq çox mühümdür. Dövlət Miqrasiya Xidmətinin qaydaları ilə razı olub-olmamaya bilərik, lakin Xidmət şirkətlər ilə işini dəqiq, aydın formada qurub ki, biz də bununla razıyıq.
- Dövlət başçısı “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasını təsdiq edib. Bu sənədi və qarşıya qoyduğu vəzifələri necə qiymətləndirirsiniz?
- Bu sənədə dair rəy hazırlamışıq. Doqquz səhifədən ibarət sənəd tərtib etdik və şadıq ki, sənədin son mətninə 13 müxtəlif şərh daxil edilib. Biz bunu yüksək qiymətləndiririk və qürur hissi duyuruq.
1. İnvestorların hüquqlarının müdafiəsi üzrə qanunun aliliyinin və məhkəmə mexanizmlərinin yaxşılaşdırılması;
2. Ardıcıl və ədalətli tətbiq ilə qanunun aliliyinin funksional sisteminin formalaşması;
3. Gömrük və miqrasiya prosedurlarının təkmilləşdirilməsi;
4. Rəqabətlilik sahəsində qanunvericilik və siyasətin təkmilləşdirilməsi;
5. Daxili bazara investorların daxil olduğu zaman maneə törədən amillərin ləğv edilməsi;
6. ÜTT-yə daxil olmaq üçün beynəlxalq ticarət sisteminə uyğun islahatların həyata keçirilməsi;
7. Dünya ticarət sistemində digər tətbiq edilənlərlə qanunvericiliyin ümumi yaxınlaşdırılması;
8. Ticarətdə qeyri-tarif əngəllərinin aradan qaldırılması;
9. Yerli fond bazarının yaxşılaşdırılması;
10. Xəzər dənizinin turizm potensialının istifadəsi;
11. İxrac-idxal əməliyyatlarında sərhəd prosedurlarının sadələşdirilməsi;
12. Elektron ticarət qanunvericiliyi və təcrübəsinin təkmilləşdirilməsi;
13. Paytaxt və regionlarda ətraf mühitin müdafiəsi üzrə müəyyən tədbirlər.
- Yeri gəlmişkən, dövlət başçısı qeyri-neft sektorunda iki prioritet sahəni qeyd edib: İKT və ASK. Aqrar sektoruna dair şərh vermədiyinizə görə, Sizin İKT sektoruna dair mövqe və planlarınızı bilmək istərdik?
- Bu, limitlərin mövcud olmadığı sektordur. Əgər 10 il bundan öncəki və hazırki vəiyyəti müqayisə etsəniz fərqi görərsiniz. Bu sahədə Azərbaycanda geniş potensial mövcuddur. Bir çox işlər hələlik görülməyib. Biz səbirsizliklə texnopark, o cümlədən, regional innovasiya zonaları, İT fondların yaradılmasını gözləyirik. Onlar böyük müsbət təsirə malik olacaq. Bizim İT fond və texnoparkların yaradılmasına böyük marağımız var. Bu alətlər İT sektoru inkişaf etdirəcəklər. Üzvlərimiz arasında İT sektorunda qabaqcıl yerlər tutan şirklətlər var. Bu səbəbdən onlar üçün yeni təsir vasitələri, mexanizmlər maraqlıdır. Baxmayaraq ki, biz 250 üzvü təmsil edirik, həmçinin dünya şəbəkəsini də təmsil edirik. İnanın ki, həmkarlarımız Azərbaycanda hadisələrin inkişafını müşahidə edirlər. Bu iki mexanizm – İT fond və texnopark istifadəyə verilən kimi biz artıq ilk addımları atacağıq. Bu mexanizmlərin məhz necə fəaliyyət göstərəcəklərinə dair Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən dəqiq mövqe gözləyirik.
- Bizə məlumdur ki, Palata dövlət başçısı İlham Əliyevə Prezident yanında Biznes Şurası yaradılmasını təklif edib. Şura haqqında ətraflı məlumat verməyinizi xahiş edirik.
- İnanırıq ki, bu ölkə iqtisadiyyatının inkişafına çox yardım edəcək. Bizim müəyyən konsepsiyamız mövcuddur, lakin onu işləyib hazırlamağa hazırıq. Biznes Şurasının yaradılmasında əsas məqsəd dünya miqyasında rəqabətə davamlı bazar iqtisadiyyatının yaradılmasına dair dövlət başçısının təşəbbüsünü dəstəkləməkdir. “AMCHAM Azerbaijan” Şurada qabaqcıl mövqelərə sahib olmağı planlaşdırmır. Şura üzvlərinin mütəmadi olaraq dövlət başçısı ilə görüşüb ona özəl sektorda vəziyyət barədə birbaşa məlumat vermələri çox vacibdir. Sizə məlumdur ki, hazırda Azərbaycanda informasiya axını “özəl sektor–dövlət sektoru” xətti ilə həyata keçirilmir. Özəl sektor məlumatı donor cəmiyyətinə, onlar isə, öz növbəsində dövlətə təqdim edir. Məlumat üçüncü tərəf vasitəsilə ötürülməməlidir. “Özəl sektor–dövlət sektoru” xəttinin uğurla tətbiq edildiyi nümunələr var – Türkiyə, Qazaxıstan, Rusiya və s. ölkələr.
- Şuraya neçə üzv daxil olacaq və strukturu nədən ibarət olacaq? Həmçinin, siz bildirdiniz ki, “AMCHAM Azerbaijan” Şurada qabaqcıl mövqelərə sahib olmağı planlaşdırmır. Buna baxmayaraq, Palatanın üzərinə müəyyən məsuliyyət düşəcək. Söhbət məhz hansı məsuliyyətdən gedir?
- Şuraya ən çoxu 50 şirkətin daxil olacağına ümid edirik. “AMCHAM Azerbaijan” katiblik funksiyalarını icra etməyi təklif edib. Şura üzvlərinin ildə iki dəfə dövlət başçısı ilə görüşməyini təklif edirik. Strukturun sədrinin iki müavini iş planın icrası məqsədilə rüblük iclaslar keçirəcəklər. Bununla yanaşı, Şura üzvlərinin yarıdan çoxunun iştirakı zamanı iclaslar həqiqi hesab ediləcək. Bütün iclaslar KİV nümayəndələrinin iştirakı olmadan bağlı qapılar arxasında keçiriləcək.
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
AccessBank QMatic alışı üzrə tender elan edir
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank-ın dəstəyi ilə ölkəmizdə ilk “Customer Tech Conference” keçirildi
Bank Respublika qan donorluğunda fəal iştirakına görə mükafatlandırılıb
Azerconnect Group və Vodafone Group arasında tərəfdaşlıq müqaviləsi imzalandı
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət