Şimali Koreyanın yeni - dördüncü nüvə sınağı keçirmək ehtimalı var. Cənubi Koreyanın birləşmə məsələləri üzrə naziri Re Kil Çje bu gün belə bəyanat verib.
O, parlamentarilərlə görüşdə qeyd edib ki, Seul Şimali Koreyanın yeni nüvə partlayışı hazırlığına başlamasından narahatdır.
Bununla belə nazir bəyanatının nəyə əsaslandığı barədə açıqlama verməyib.
Xəbər verildiyi kimi, Cənubi Koreyanın “Chosun Ilbo” qəzeti anonim şəkildə məlumat verən rəsmi nümayəndəyə istinadən yazıb: “Son vaxtlar Pungeri nüvə poliqonunda şəxsi heyətin və avtomobillərin hərəkətinin fəallaşması müşahidə olunur”.
Mənbə qeyd edib: “Biz vəziyyəti diqqətlə izləyirik, üçüncü nüvə sınağı aparılmazdan öncə də analoji vəziyyət müşahidə olunmuşdu”.
Pxenyan üçüncü nüvə sınağını 2013-cü il fevralın 12-də keçirib. Bu sınaq BMT TŞ-nin Şimali Koreyaya qarşı sanksiyalarının sərtləşdirilməsinə səbəb olub.
Xəbər verildiyi kimi, KXDR-in eyni zamanda orta hərəkət radiusuna malik ballistik raketlərin sınağını keçirməyə hazırlaşdığı ehtimal olunur. Sınaq KXDR-in banisi Kim İr Senin doğum günündə - aprelin 15-də həyata keçirilə bilər.
Əgər sınaq baş tutsa, bu da BMT TŞ-nin KXDR-in ballistik texnologiyalar istifadə etməklə raket buraxılışlarını qadağan edən qətnamələrinin pozulması demək olacaq.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bankın dəstəyi ilə qadın liderliyinə həsr olunmuş SHE Congress keçirilib
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət