2012-ci ildə Azərbaycan və Litva arasında ticarət dövriyyəsi 34% - $49 mln.-a qədər artıb. Bu barədə Litvanın baş naziri Alqirdas Butkyaviçyus çərşənbə axşamı Bakıda keçirilən Azərbaycan-Litva biznes forumunda bəyan edib.
“Ötən il ölkələrimiz arasında ticarət dövriyyəsi $49 mln. təşkil edib, bu isə 2011-ci illə müqayisədə 34% artım deməkdir. Eyni zamanda hesabat ilində Litva məhsullarının Azərbaycana ixracı 52% - $45 mln.-a qədər artıb”, - deyə A.Butkyaviçyus bildirib.
Onun sözlərinə görə, “buna baxmayaraq, iqtisadiyyatın bütün sahələrində əməkdaşlığın inkişafı üçün böyük potensial mövcuddur”.
“Azərbaycan bazarı bizim üçün çox maraqlıdır. Xüsusilə, İKT, kənd təsərrüfatı, qida, toxuculuq sənayesi və iqtisadiyyatın digər sahələrində güclüyük. Şirkətlərimiz Azərbaycan iqtisadiyyatının həmin sahələrinə maraq göstərir”, - deyə o vurğulayıb.
“Biz bir-birimizi çox yaxşı anlayırıq. Litva ilə əlaqələr yaratmaqla Azərbaycan Avropanın 500 milyonluq xalqı ilə əməkdaşlıq qurur”, - deyə baş nazir əlavə edib.
Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev bəyan edib ki, Azərbaycan Avropa Birliyi ölkələri ilə əməkdaşlığın inkişafına böyük önəm verir. Litva onların arasında xüsusi yer tutur. “Dövlətlərimizin başçılarının qarşlıqlı səfərləri, o cümlədən yüksək səviyyəli siyasi əlaqələrin mövcudluğu buna sübutdur”, - deyə Ş.Mustafayev bildirib.
Nazirin sözlərinə görə, İKT, kənd təsərrüfatı, tikinti, sənaye və digər sahələrdə əməkdaşlığın inkişafı üçün böyük potensial var.
Biznes forumda 100-dən artıq Azərbaycan və Litva iş adamı iştirak edib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət