Hesablama Palatasının təşkilatçılığı ilə 16-18 aprel 2013-cü il tarixlərində Bakıda “Ali Audit Qurumlarının potensialının gücləndirilməsinin müasir çağırışları” mövzusunda EUROSAI və ARABOSAI təşkilatlarının IV Birgə Konfransı keçiriləcəkdir.
Avropa ölkələri içərisində ikinci ölkə olaraq Azərbaycanda keçirilən bu beynəlxalq tədbirdə müxtəlif ölkə Ali Audit Qurumlarını (AAQ) özündə birləşdirən 5 beynəlxalq və regional təşkilatın yüksək səviyyədə təmsil olunması, 44 ölkədən 100-dən çox nümayəndənin, o cümlədən 27 ölkə AAQ-nın birinci şəxs səviyyəsində iştirakı, həmçinin EUROSAI və ARABOSAI təşkilatlarının Prezident və Baş katibləri ilə yanaşı, AFROSAI (Ali Audit Qurumlarının Afrika Təşkilatı) təşkilatının Baş katibinin iştirak etməsi Konfransın yüksək statusunu və əhəmiyyətini göstərir.
Dünya ictimaiyyətinin kənar dövlət maliyyə nəzarətinin rolu və əhəmiyyətinə xüsusi diqqətinin təcəssümü kimi BMT-nin Baş Assambleyası tərəfindən BMT tarixində ilk dəfə olaraq “AAQ-ların gücləndirilməsi vasitəsilə dövlət idarəçiliyinin səmərəliliyinin, cavabdehliyinin, effektivliyinin və şəffaflığının artırılması haqqında” Qətnamə qəbul edilmişdir. Belə bir mötəbər sənədin qəbul olunması AAQ-ların öz müstəqilliklərini gücləndirmək, onların öz səlahiyyətləri daxilində daha səmərəli və təsirli fəaliyyət göstərmək, habelə INTOSAI (Ali Audit Qurumlarının Beynəlxalq Təşkilatı) çərçivəsində daha çox faydalanmaqla AAQ-lar arası daha sıx münasibətlər yaratmaq istiqamətində göstərilən səylər sayəsində mümkün olmuşdur.
Konfransda bu Qətnamədən irəli gələn çağırışlara uyğun olaraq ayrı-ayrı ölkələrdə qazanılmış təcrübəyə əsaslanaraq ali dövlət hakimiyyəti orqanlarının və AAQ-ların bu sahədəki vəzifələrinin müəyyən edilməsi, səmərəli dövlət maliyyə idarəçiliyinin daha da təkmilləşdirilməsi, kənar dövlət maliyyə nəzarətinin gücləndirilməsi istiqamətləri və s. barədə müfəssəl müzakirələrin aparılması nəzərdə tutulur ki, bütün bunlar bu mötəbər tədbirin əhəmiyyətini daha da artırır.
Konfrans 2 gün davam etməklə “Ali dövlət hakimiyyəti orqanlarının BMT Baş Assambleyasının 2011-ci il 22 dekabr A/66/209 saylı Qətnaməsinin çağırışlarından irəli gələn vəzifələri”, “Milli inkişaf məqsədlərinə nail olunmasında Ali Audit Qurumlarının rolu” və “Dövlət maliyyə idarəçiliyinin təkmilləşdirilməsində kənar və daxili dövlət maliyyə nəzarətinin sərhədlərinin və vəzifələrinin dəqiqləşdirilməsinin rolu” alt-mövzuları üzrə 3 sessiyada keçiriləcəkdir.
Konfrans barədə daha ətraflı məlumatı Azərbaycan Respublikası Hesablama Palatasının veb-saytından (www.ach.gov.az) və ya Konfransın rəsmi veb səhifəsindən (www.conference.ach.gov.az) əldə etmək mümkündür.
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət