Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev respublika ilə ABŞ-ın Arizona ştatı arasında əlaqələrin gücləndirilməsi məqsədilə ötən həftə sözügedən ştatın paytaxtı Finiks şəhərinə səfər edib. Bu barədə Baş Konsulluğun mətbuat xidmətindən bazar ertəsi məlumat verilib.
Arizona ştatı Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun səlahiyyət dairəsinə daxil olan ABŞ-ın 13 qərb ştatından biridir.
N.Ağayev Finiks şəhərində ştatın qanunverici və icraedici orqanlarının rəhbərləri, həmçinin yerli yəhudi və türk icmalarının üzvləri ilə görüşlər keçirib.
Arizona Ştatı Senatının sədri Endi Biqqs, Nümayəndələr Palatasının sədri Endi Tobin, eləcə də hər iki palatanın digər rəhbər şəxsləri ilə keçirilmiş görüşlərdə müstəqilliyinin 22 ili ərzində Azərbaycanın keçdiyi uğurlu inkişaf yolu, zəngin təbii resurslardan ölkənin güclənməsi üçün səmərəli istifadə, Azərbaycanın regionda möhkəmlənməkdə olan rolu, Azərbaycan-Arizona əlaqələrinin müxtəlif sahələrdə inkişafı perspektivləri və digər məsələlər müzakirə mövzuları olub. N.Ağayev, həmçinin Arizona Senatının plenar iclasında Senat üzvlərinə təqdim edilib.
Görüşdən sonra A.Tobin mətbuat açıqlaması ilə çıxış edərək, Azərbaycan iqtisadiyyatının sürətlə inkişaf etdiyini qeyd edib və Arizonanın respublika ilə münasibətləri inkişaf etdirməkdə maraqlı olduğunu qeyd edib.
Arizona qubernatorunun müşavirləri, Arizona Ticarət Agentliyinin və Arizona Turizm Ofisinin rəhbərliyi ilə keçirilmiş görüşlərdə isə tərəflər Azərbaycanın artmaqda olan iqtisadi və sərmayə imkanlarını müzakirə ediblər. Arizona ilə Azərbaycan arasında iqtisadi-ticari münasibətlərin və turizm sahəsində əməkdaşlığın inkişafı yolları nəzərdən keçirilib.
Səfər çərçivəsində baş konsul, həmçinin yenicə yaradılan Arizona-Azərbaycan Assosiasiyasının üzvləri və Arizonanın yəhudi icmasının liderləri ilə görüşüb. Bundan başqa, N.Ağayev Arizona Dövlət Universitetində Finiks Türk-Amerika Assosiasiyasının üzvləri qarşısında çıxış edib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət