“İnterfaks-Azərbaycan” agentliyinin Rusiya Müsəlmanları Ruhani İdarəsinin sədri, baş mufti, şeyxülislam Talqat Tacuddinlə müsahibəsi
- Bu həftə Bakıda MDB Müsəlmanları Məşvərət Şurasının "MDB müsəlmanları sülh və stabil inkişaf tərəfdarlarıdır” adlı konfransı keçirildi. Müzakirələrin yekununu necə qiymətləndirirsiniz?
- Bu tədbir ölkələrimiz arasında sülh və həmrəyliyi möhkəmləndirən tədbirlərdən biridir.
Sovet İttifaqı zamanı bizdə 70 mln.-a yaxın müsəlman var idi, indi onların sayı daha çoxdur. Bütün Avropa qarşılıqlı yardım, tərəqqi və sülhün qorunması naminə birləşir. Biz nə üçün hərəmiz bir tərəfə dağılmalıyıq? Öz milli həyatımızı, dövlətçilik həyatımızı qurmaq lazımdır. Qarşılıqlı əlaqələrimizlə yanaşı, bizi dini prinsiplərimiz və dəyərlərimiz də birləşdirir – bu, bizim həyatımızın böyük amilidir. Əgər biz həqiqətən bu dünyada və axirətdə xoşbəxt olmaq istəyiriksə, yalnız biz müsəlmanlar deyil, bütün ənənəvi dinlərin təmsilçiləri və liderləri səylərini birləşdirməlidirlər.
-Başqa sözlə, siz sülh və sabitliyi dinlərin birliyində görürsünüz?
-Bunsuz tərəqqi ola bilməz. Dini-mənəvi prinsiplərə əməl etmədən hansı tərəqqidən söhbət gedə bilər? İnam bizi birləşdirməlidir. Buna görə də Bakıda keçirilən bu konfrans bizim səylərimizin birləşdirilməsi, sülh, sabitlik, və ən nəhayət tərəqqinin qorunub saxlanılması üçün böyük əhəmiyyət daşıyır.
- QMİ sədri Allahşükür Paşazadə konfransda Məşvərət Şurasının sədri postuna ikinci dəfə seçildi. Bu qərarı necə qiymətləndirirsiniz?
-Hörmətli şeyx hələ dörd il əvvəl MDB Müsəlmanları Məşvərət Şurasının sədri seçilib.
Onun məhsuldar fəaliyyəti layiqincə qiymətləndirildi və biz onu yenidən növbəti müddətə sədr seçdik.
-Konfransda radikalizm və ekstremizm hallarına qarşı mübarizə əsas mövzulardan biri oldu. Din xadimləri, xüsusilə də MDB ruhaniləri bu cür hücumların qarşısını almaq üçün nə etməlidirlər?
-Səylər birləşdirilməlidir. Məşvərət Şurası qarşıdakı illərdə bu məsələ ilə məşğul olacaq. Bunun üçün konkret planlar hazırlanıb. O cümlədən Şura adından bütün MDB ölkələrində yayımlanacaq qəzetlərdən söhbət gedir. Bu istiqamətdə görüləcək işlər arasında tədris proqramlarının birləşdirilməsini, dərsliklərin nəşrini qeyd etmək istəyirəm. Bunlar qarşımızda duran ən birinci məsələlərdir.
-Hesab edirsiniz ki, maarifləndirici materiallar ekstremizmlə mübarizəyə kömək edəcək?
-Söhbət bizimlə döyüşməyə gəlmiş hər hansı ordudan getmir. Söhbət bizim uşaqlarımızdan , gənclərimizdən gedir. Onlar öz ölkələrindən uzaqlarda, xaricdə, başqa şəraitdə təhsil alıblar. Buna görə də öz adət-ənənələrindən ayrı düşüblər. Hesab edirəm ki, onları yenidən tərbiyə etmək, başa salmaq, əsl həqiqəti çatdırmaq lazımdır. Şübhəsiz ki, bunun üçün təhsil proqramlarımız birləşdirilməlidir. Başqa sözlə, bu gün Rusiyada olduğu kimi standart hazırlamaq lazımdır. Hesab edirəm ki, digər MDB ölkələri ondan nümunə götürməlidirlər.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət