Latviya prezidenti Andris Berzinş aprelin 24-25-də Azərbaycanda rəsmi səfərdə olacaq. Bu barədə Latviya dövlət başçısının rəsmi saytında məlumat verilir.
A.Berzinşin səfər proqramına Azərbaycan Prezidenti İlham Əliyev, baş nazir Artur Rasizadə, Milli Məclisin spikeri Oqtay Əsədov, nəqliyyat naziri Ziya Məmmədov və fövqəladə hallar naziri Kəmaləddin Heydərovla görüşlər daxil edilib.
Görüşlərdə siyasi, iqtisadi, elm və təhsil sahələrində, eləcə də “Twinning” proqramı çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunacaq. Tərəflər iqtisadi əlaqələrin yaxşılaşdırılması imkanlarını nəzərdən keçirəcəklər.
A.Berzinşin rəhbərlik etdiyi nümayəndə heyətinə dörd nazir və Latviya hökumətinin digər üzvləri, həmçinin ölkə iqtisadiyyatının ən geniş sahələrini təmsil edən 74 iş adamı daxil olacaq.
Səfər çərçivəsində hər iki ölkənin prezidentlərinin iştirakı ilə Azərbaycan-Latviya biznes forumu keçiriləcək.
A.Berznişin, həmçinin Azərbaycandakı latış icmasının nümayəndələri ilə görüşəcək və Sumqayıt Texnologiya Parkına baş çəkəcək. Bundan başqa, qonaq Azərbaycan İncəsənət Akademiyasında Latviya rəssamlarının əl işlərindən ibarət “Şüşə, tekstil və keramika” adlı ekspozisiyaya və Latviya-Azərbaycan fotosərgisinə tamaşa edəcək.
AccessBank QMatic alışı üzrə tender elan edir
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
«Nar» Azərbaycanın bölgələrində İKT peşəkarlarını hazırlayır
Bakcell-in ölkə miqyaslı rebrendinq tədbiri Laçında yekunlaşdı
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət