Azərbaycan Prezidenti İlham Əliyev Binəqədi rayonunun Biləcəri qəsəbəsindəki mədəniyyət-istirahət parkının əsaslı təmir və yenidənqurmadan sonra açılışında iştirak edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
İ.Əliyev parkın ərazisində inşa edilən Mədəniyyət Mərkəzində yaradılan şəraitlə tanış olub.
Park dövlət başçısının 2011-ci il 13 aprel tarixli sərəncamı əsasında yenidən qurulub.
Ərazisi dörd hektar olan park uzun müddət baxımsız vəziyyətdə olduğundan yararsız hala düşüb, burada qanunsuz tikililər, iaşə obyektləri inşa edilib. Təmir işləri zamanı qanunsuz tikililər sökülüb.
Hazırda burada 20 min kvadratmetrlik sahədə yaşıllıq salınıb, müasir işıqlandırma sistemi quraşdırılıb, fəvvarə, mini futbol meydançası, istirahət guşələri yaradılıb.
Yenidənqurma işləri çərçivəsində parkın ətrafındakı evlərin və iaşə obyektlərinin dam örtükləri və fasadı yenilənib.
Parkla tanışlıqdan sonra Prezident ictimaiyyət nümayəndələri ilə görüşüb.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət