Milli Məclisin spikeri Oqtay Əsədov Avropa Parlamenti deputatlarının Azərbaycanın işğal edilmiş ərazisi olan Dağlıq Qarabağa qeyri-qanuni səfəri və orda səsləndirdikləri bəyanatlarla əlaqədar Avropa Parlamentinin sədri Martin Şultsun adına müraciət hazırlayır.
“BMT Təhlükəsizlik Şurası Azərbaycanın işğal edilmiş əraziləri ilə bağlı dörd qətnamə qəbul edib. Bu sənədlərdə işğal faktı qınanılır və işğalçı qoşunların zəbt edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılması tələb olunur. Avropa Parlamenti və Avropa Birliyi də Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən iki analoji qətnamə qəbul edib. Lakin əfsus ki, özünü Avropa Parlamentinin deputatları adlandıran bəzi şəxslər beynəlxalq hüququn bütün prinsiplərini pozurlar”, - deyə O.Əsədov bu gün Milli Məclisin plenar iclasında bildirib.
“İnterfaks-Azərbaycan” agentliyinin parlament müxbirinin xəbər verdiyi kimi, spiker XİN-in Azərbaycanın işğal edilmiş ərazilərinə qanunsuz səfər edən şəxsləri “arzuolunmaz şəxs” elan etməklə bağlı irəli sürdüyü təşəbbüsü dəstəkləyib.
“İki nümunə gətirəcəm. Kiprin Avropa Parlamentindəki deputatı qondarma Dağlıq Qarabağ Respublikasının parlamentində çıxışında deyib ki, “sizin xidmətçilərinizik. Sizin göstərişlərinizi gözləyirik. Biz əminik ki, ərazi bütövlüyü məsələsinə baxmayaraq, xalqların müqəddəratını təyin etmə hüququ hər bir şeydən üstündür”. Özünə hörmət edən Avropa parlamentarisi separatçı rejim qarşısında belə bəyanatla çıxış etməzdi. Bu həm də Avropa Parlamentinə qarşı hörmətsizlikdir”, - deyə O.Əsədov vurğulayıb.
“Belə çıxır ki, Avropa Parlamentinin deputatları ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsiplərini şübhə altında qoyurlar ki, “bu da dünyada xaosun yaranmasına gətirib çıxaracaq”, - deyə spiker qeyd edib.
“Söhbət 25 il bundan əvvəl Qarabağ müharibəsi zamanı ora gedərək həkim işləmiş deputatdan gedir. O, yaralı erməniləri müalicə etdiyini bildirir. Lakin düşünmür ki, həmin dövrdə Azərbaycan xalqı 22 min nəfər itirib. Deputat həmin vaxt yaralanmış on minlərlə azərbaycanlını kimin müalicə etməli olduğu barədə düşünmür. Avropa parlamentarilərinin bu cür hərəkətlərinin kökündə bu gün Avropada baş qaldırmış islam fobiyasının dayandığını bir daha görürəm”, - deyə O.Əsədov vurğulayıb.
Milli Məclisin spikeri Fransa parlamentində separatçı Dağlıq Qarabağ rejimi ilə dostluq qrupunun yaradılmasını qınayaraq, bunu “separatçı rejimə qanunsuz dəstəyin” təzahürü adlandırıb.
O.Əsədov Azərbaycan deputatlarını bu məsələ ilə əlaqədar öz mövqelərini bildirməyə çağırıb.
O, həmçinin bir neçə il əvvəl Kaliforniya şatatından olan deputatların Azərbaycanı müdafiə edən çıxışlarının ABŞ-dakı erməni lobbisi tərəfindən ciddi etirazla qarşılandığını təəssüflə qeyd edib.
“4-5 il bundan əvvəl Kaliforniya ştatının 6 deputatı bir həftə ərzində Azərbaycanda səfərdə oldu. Onlar burada qaçqınlarla görüşdülər. Və o zaman həmin deputatlar bəyan etdilər ki, ABŞ-da Azərbaycanın carçısı olacaqlar. Geri qayıdarkən Kaliforniya parlamentinin nümayəndəsi ölkəmizi müdafiə xarakterli çıxış etdi. Lakin 15 gün sonra o, mənim adıma məktub göndərdi. O məktubda Azərbaycanı təmsil edə bilməyəcəyinə görə üzr istəyirdi, çünki onların istifadə etdiyi bütün kompüter və saytları kütləvi haker hücumuna məruz qalmışdı”, - deyə spiker bildirib.
Milli Məclisin sədri bütün deputatları və Azərbaycan vətəndaşlarını Avropa Parlamenti və deputatlarına müraciət göndərərək fəal olmağa, bütün bunlara etiraz bildirməyə çağırıb.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət