Livanın “Hizbullah” şiə qruplaşmasının lideri Həsən Nəsrulla bəyan edib ki, “Suriyanın əsl dostları var və onlar ölkənin ABŞ, İsrail və ya islam ekstremistlərinin cənginə keçməsinə imkan verməyəcəklər. Bu barədə Britaniyanın BBC teleradio yayım şirkəti məlumat verib.
“Hizbullah” lideri bu bəyanatla qruplaşmanın nəzarət etdiyi “Əl-Manar” telekanalında çıxış edib. Şeyx H.Nəsrullanın sözlərinə görə, Suriya müxalifəti B.Əsədi hərbi yolla devirmək üçün çox zəifdir.
“Üsyançıların əksəriyyəti livanlıların məskunlaşdığı kəndləri zəbt etməyə hazırlaşırdı. Ona görə də Suriya ordusuna kömək təklif etmək normal haldır”, - deyə H.Nəsrulla bildirib.
BBC-nin məlumatına görə, şeyx öz bəyanatı ilə “Hizbullah” döyüşçülərinin Suriyada hökumət qoşunları tərəfində döyüşməsi faktını təsdiqləyib.
Suriyanın müxalifət fəalları əvvəllər dəfələrlə bəyan ediblər ki, arxasında İranın durduğu “Hizbullah” şiə qruplaşması B.Əsədə hərbi dəstək göstərir.
Artıq uzun zamandır ki, Dəməşqdə hökumət qoşunları və üsyançılar arasında döyüşlər gedir, hələ ki, heç bir tərəf tam qələbə əldə edə bilmir. Hüquq müdafiəçilərinin qiymətləndirmələrinə görə, silahlı münaqişənin başladığı 2011-ci ilin martından 70 mindən artıq insan həlak olub.
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azerconnect Group «Best Managed Companies Azerbaijan 2024» mükafatına layiq görüldü
Citynet GameSummit festivalının əsas tərəfdaşıdır
Yelo Bank ilə Autizm Futbol klubu arasında dostluq oyunu baş tutub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət