Azərbaycan dünyanın ən tolerant ölkəsidir. Bu barədə çərşənbə günü jurnalistlərə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov bildirib.
“Azərbaycan ərazisinin 20 faizinin işğal olunmasına, bir milyon nəfərin isə qaçqın və məcburi köçkünə çevrilməsinə baxmayaraq, xalqımız dünyada ən dözümlü xalq hesab oluna bilər”, - deyə o qeyd edib.
Onun sözlərinə görə, bu gün Bakıda 30 minə yaxın erməni yaşayır, “bu isə Azərbaycan xalqının dözümlü və tolerant olduğunu göstərir”.
“Azərbaycan yeganə ölkədir ki, burada heç zaman antisemitizm təzahürlərinə yol verilməyib”, - deyə N.İbrahimov vurğulayıb.
Komitə sədri qeyd edib ki, Bakıda keçirilən Birnci Cənubi Qafqaz Forumu Azərbaycanın dünyada nüfuzunu artırmaq üçün çox mühüm hadisə olub. Çünki tədbirin işində dünyanın 50-dən artıq ölkəsindən olan eks-prezidentlər, keçmiş hökumət başçıları, ictimai və siyasi xadimlər iştirak ediblər.
“Azərbaycan həm siyasi, həm də iqtisadi və sosial həyat sahələrində inkişaf etməkdə davam edir. Dövlət başçısı tərəfindən başlanmış genişmiqyaslı islahatlar artıq bu gün öz töhfəsini verir”, - deyə N.İbrahimov söyləyib.
Onun sözlərinə görə, bu gün bir çox beynəlxalq institutlar və beyin mərkəzləri üçün mədəniyyətlərarası və sivilizasiyalararası dialoq, dözümlülük, tolerantlıq, qadın hüquqlarının təmin edilməsi, Qərb və Şərq mədəniyyətləri arasında körpü qurulması, ölkənin ictimai-siyasi həyatında qadınların daha fəal işirakının zəruriliyi ilə bağlı “Azərbaycanda çoxdan öz həllini tapmış” məsələlər aktual müzakirə mövzuları olub.
“Belə ki, məsələn, 1918-ci ildə ilk dəfə müsəlman Şərqində Azərbaycanda qadınlara səs vermək hüququ verilib”, - deyə N.İbrahimov qeyd edib.
Komitə sədri Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Bakının gələcəkdə mədəniyyət və sivilizasiyaların dialoq mərkəzinə çevrilməsi istiqamətində fəaliyyətini yüksək qiymətləndirib.
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bankın dəstəyi ilə qadın liderliyinə həsr olunmuş SHE Congress keçirilib
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət