Böyük Britaniyanın baş naziri Devid Kemeronun bu gün ABŞ-a üçgünlük rəsmi səfəri başlayır. Səfər zamanı bir sıra məsələlər, o cümlədən Bostonda törədilmiş terror aktı və Suriyda vəziyyət müzakirə olunacaq. Bu barədə Britaniya hökumətinin mətbuat xidmətindən məlumat verilib.
Barak Obama ikinci müddətə prezident seçildikdən sonra ABŞ-a ilk dəfə səfər edən D.Kemeron həmçinin FTB (Federal Təhqiqatlar Bürosu) əməkdaşları ilə də görüşəcək. Görüşdə baş nazirə Boston terror aktından sonra həyata keçirilmiş əməliyyat tədbirləri haqqında hesabat təqdim ediləcək.
D.Kemeronun terror aktında həlak olanların ailələrinə başsağlığı verməsi gözlənilir.
Bundan başqa, Britaniya KİV-lərinin məlumatına əsasən, D.Kemeron B.Obama ilə ötən həftə Rusiya və ABŞ arasında əldə edilmiş razılıq çərçivəsində Suriya münaqişəsinin siyasi yolla mümkün nizamlanması məsələsinin təfərrüatlarını müzakirə edəcək.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət