Rəsmi Pxenyan Koreya yarımadasında gərginliyin azalmasına dair yayılan xəbərləri bu gün təkzib edib.
“Koreya yarımadasında gərginlik qətiyyən azalmayıb”, - deyə Koreyanın Əmək Partiyası Mərkəzi Komitəsinin orqanı olan “Nodon sinmun” qəzetində dərc edilmiş məqalədə deyilir.
Məqalədə bildirilir: “Nimits” təyyarə daşıyan gəmi başda olmaqla zərbəçi qrupun iştirakı ilə hərbi dəniz manevrləri regionda vəziyyəti gərginləşdirir. Bu manevrlərin Seul və Vaşinqtonun keçirdiyi “Foal Eagle” (“Gənc qartal”) birgə təlimlərindən dərhal sonra baş verməsi bunu xüsusilə sübut edir.
Qəzet yazır: “KXDR öz suverenliyini və sülhü qorumağa qadirdir, çünki ABŞ-ın onu boğmağa yönəlimiş səylərinə qarşı öz nüvə vasitələrini yaradıb”.
2013-cü ilin mart-aprel aylarında Amerika və Cənubi Koreya “Foal Eagle” adı altında birgə genişmiqyaslı hərbi təlimlər keçiriblər. Ötən bazar ertəsi ABŞ və Cənubi Koreyanın hərbi dəniz qüvvələri ikigünlük manevrlərə başlayıb. Manevrlərdə Amerikanın atom təyyarə daşıyan gəmisi “Nimits” başda olmaqla zərbəçi qrupu iştirak edir.
Daha əvvəl müşahidəçilər qeyd ediblər ki, BMT TŞ-nin KXDR-in üçüncü nüvə sınağı keçirməsi ilə əlaqədar ona qarşı tətbiq etdiyi yeni sanksiyalardan sonra Şimali Koreyanın təhdidedici ritorik çıxışları bir qədər yumşalmışdı.
Şimali Koreyanın Yaponiya, Cənubi Koreya, eləcə də Quam adasındakı Amerika hərbi bazalarına zərbə endirməklə bağlı təhdidləri “Foal Eagle” təlimləri başladıqdan sonra daha da kəskinləşib.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
TuranBank İçərişəhərdə yeni şöbəsini müştərilərin istifadəsinə verdi
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət