Cinayət qanunvericiliyinə internetdə təhqir və böhtanın yayılmasına görə cinayət məsuliyyətinə cəlb edilməklə əlaqədar düzəlişlərin qəbulu söz və fikir azadlığının məhdudlaşdırılmasına yönəlməyib. Bu barədə jurnalistlərə Azərbaycan Prezidenti Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov bildirib.
“Söhbət söz və fikir azadlığının məhdudlaşdırılmasından deyil, etik normalara riayət olunması zərurətindən gedir”, - deyə o qeyd edib.
Şöbə müdirinin sözlərinə görə, dünyanın bir çox ölkələrində internetin tənzimlənməsi mexanizmləri tətbiq edilir.
“Bu gün internet və İKT-yə xüsusi nəzarətin tətbiqindən danışmaq çətindir. Hər kəsə məlumdur ki, texnologiyalar çox inkişaf edib və onlara nəzarət etmək çox çətindir”, - deyə E.Aslanov qeyd edib.
Onun sözlərinə görə, anlamaq lazımdır ki, “istənilən halda bütün sivil dövlətlərdə gənc nəslin mənəvi tərbiyəsinə zərər verə biləcək irqçi və millətçi materialların yayılmasının məhdudlaşdırılması istiqamətində tədbirlər həyata keçirilir”.
“Bu, normal haldır. 1966-cı ildə ABŞ-da kommunikasiyalarda etik normalar haqqında qanun müzakirə olunub. Fransa, İngiltərə, Avropa Birliyinin digər ölkələrində bu məsələlərə dair müvafiq qərar və qanunlar qəbul edilib”, - deyə şöbə müdiri bildirib.
E.Aslanov vurğulayıb ki, bu gün internet və İKT sürətlə inkişaf edir və hər bir dövlət bu sahəni tənzimləmək istəyir.
“Bir daha təkrar edirəm ki, söhbət söz azadlığının məhdudlaşdırılmasından getmir. İnternet kifayət qədər azad məkandır və Azərbaycanda internetə sərbəst çıxışın təmin edilməsi beynəlxalq normalara uyğun həyata keçirilir”, - deyə o bildirib.
Prezident Administrasiyasının şöbə müdiri, həmçinin internetdə təhqir və böhtana görə digər ölkə vətəndaşlarının məsuliyyətə cəlb edilməsi ilə bağlı məsələni şərh edib.
“Dünyanın istənilən ölkəsində mövcud olan norma və qaydalara əsasən, əgər xarici vətəndaş təhqiramiz ifadələr yazarsa, bu halda yerli qanunvericiliyə uyğun olaraq onu məsuliyyətə cəlb etmək mümkündür. Bu cür norma və qaydalar inkişaf etmiş dövlətlərdə, Avropa Birliyində və ABŞ-da var”, - deyə E.Aslanov qeyd edib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət