NATO-nun qoşun və silahlarının Türkmənistan vasitəsilə Əfqanıstandan çıxarılması marşrutu müzakirə olunur, lakin bu marşrut çox problemlidir. Bu barədə Əfqanıstanın Brüsseldəki səfiri Homayoun Tandar bəyan edib.
“Marşrutlardan biri - ən uzun olanı Əfqanıstanın şimal hissəsindən Türkmənistan vasitəsilə keçir. Lakin bu, çox mürəkkəb marşrutdur. Biz Türkmənistan tərəfinin silahların tranzitinə razılıq verib-verməyəcəyini bilmirik”, - deyə o, çərşənbə günü Bakıda jurnalistlərə bildirib.
Bununla yanaşı, H.Tandar qeyd edib ki, Əfqanıstanla Avropa ölkələri arasında əlaqənin yaradılması üçün tranzit dəhlizlərinin axtarışını Kabildə NATO ilə əlaqədar məsələlərdən daha vacib hesab edirlər. “Söhbət xüsusilə Əfqanıstanın şimalından, Türkmənistan, Xəzər və Azərbaycan vasitəsilə tranzit dəhlizindən gedir. Biz digər dost ölkələrin hökumətləri ilə danışıqlar aparırıq. Əfqanıstan Azərbaycan vasitəsilə tranzit və enerji dəhlizlərini daha vacib hesab edir (nəinki NATO ilə bağlı məsələləri – İF-Az)”, - deyə diplomat vurğulayıb.
NATO qoşunlarının Əfqanıstandan çıxarılması müddətinə toxunan H.Tandarın fikrincə, Alyans və kontingentin tərkibində Azərbaycan 2014-cü ildən sonra da Əfqanıstanda iştirakını qismən saxlayacaq.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət