Uşaqların hüquqlarının müdafiəsi Azərbaycan dövlətinin prioritet istiqamətlərindən biridir. Bu barədə Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bəyan edib.
“Uşaqların hüquqlarının müdafiəsi mövzusu bütün dövrlərdə aktualdır. Azərbaycan müstəqillik qazandıqdan sonra uşaqların hüquqlarının müdafiəsi dövlətin prioritet istiqamətlərindən biri olub”, - deyə H.Rəcəbli çərşənbə axşamı Avropa Şurası Parlament Assambleyasının (AŞPA) uşaqlara qarşı cinsi zorakılıq problemi ilə bağlı beynəlxalq konfransında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, Azərbaycanda uşaqların ailələrə qaytarılması çərçivəsində böyük iş görülür.
“Demək olmaz ki, bu hallar bizdə faciəli vəzaiyyət alıb, lakin bu mövzu bizi çox narahat edir”, - deyə H.Rəcəbli qeyd edib. Bununla əlaqədar o, uşaqların hüquqlarının pozulması ilə bağlı problemlərin həllində informasiya və kommunikasiya texnologiyalarının rolunu vurğulayıb.
Milli Məclisin deputatı, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva bildirib ki, Azərbaycanda uşaqların hüquqlarının qorunması istiqamətində həm hökumət, həm də ictimai səviyyədə iş aparılır.
“Uşaq zorakılığı əsasən uğursuz ailələrdə müşahidə olunur. Burada işsizlik və s. səbəblərdən valideynlər, valideyn və uşaqlar arasında münasibətlər gərgindir. Bu səbəbdən bütövlükdə vəziyyətin yaxşılaşması üçün konkret mexanizm lazımdır. Bu istiqamətdə çalışan beynəlxalq təşkilat və strukturlarla birgə iş nəticəsində müsbət nəticələr əldə etmək mümkündür”, - deyə S.Fətəliyeva qeyd edib.
Milli Məclisin vitse-spikeri Bahar Muradova isə uşaq hüquqlarının pozulması problemlərinin həllində vətəndaş cəmiyyətinin fəal iştirakını vurğulayıb.
O, uşaq hüquqlarının pozulmasının ən mənfi təzahürünün cinsi zorakılıq olduğunu qeyd edib.
“Bu, ağrılı mövzudur. Heç bir cəmiyyət belə məqamların meydana gəlməsini arzu etmir. Azərbaycanda bu istiqamətdə müvafiq qanunvericilik bazası mövcuddur, dövlət səviyyəsində xüsusi proqram və layihələr həyata keçirilir”, - deyə B.Muradova vurğulayıb.
Vitse-spiker qeyd edib ki, qaçqın və məcburi köçkünlər üçün uşaq hüquqlarının müdafiəsi problemi xüsusilə aktualdır.
“Uşaqların hüquqlarının müdafiəsi dövlətin quruculuğu və inkişafında mühüm vəzifədir. Bu sahədə məqsədlərimizə çatmaq üçün birləşmək çox vacibdir”, – deyə B.Muradova vurğulayıb.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azər Türk Bankda sərfəli kredit kampaniyası davam edir
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət