Azərbaycan Əfqanıstanda İKT və elektron hökumətin yaradılması üzrə konkret layihələrin reallaşdırılmasına hazırdır. Bu barədə Xarici İşlər Nazirliyinin Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) direktoru Əşrəf Şıxəliyev mətbuat konfransında məlumat verib.
“Əfqanıstan tərəfi elektron hökumətin yaradılması, elektron imza, elektron səhiyyə sistemi, eləcə də kosmik, təhsil və kitabxana işi sahələrində əməkdaşlıqda maraqlıdır”, - deyə Ə.Şıxəliyev bildirib.
Onun sözlərinə görə, Əfqanıstan nümayəndə heyətinin səfəri Azərbaycanda yaradılmış elektron hökumətlə tanışlıq, İKT sahəsində görüşlərin keçirilməsi və danışıqların aparılması məqsədi daşıyır.
Nümayəndə heyəti artıq Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Xarici İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi və bir sıra digər hökumət strukturlarında görüşlər keçirib.
“Əfqanıstan nümayəndə heyəti üçün Azərbaycanda İKT sahəsində yürüdülən davamlı siyasət haqqında təqdimat keçirilib”, - deyə Ə.Şıxəliyev bildirib.
O, həmçinin qeyd edib ki, Azərbaycanın orbitə çıxarılmış peyki əməkdaşlıq üçün yaxşı imkan yaradır.
Əfqanıstanın rabitə və informasiya texnologiyaları naziri Əmirzai Sangi bildirib ki, nümayəndə heyəti Azərbaycanın xüsusilə İKT sahəsində təcrübəsini öyrənmək və onu Əfqanıstanda tətbiq etmək niyyətindədir.
“Səfər çərçivəsində biz məhsuldar görüşlər keçirdik və belə qənaətə gəldik ki, Azərbaycan Əfqanıstanla sıx əməkdaşlıq qurmaqda maralıdır. Xarici işlər naziri Elmar Məmmədyarovla görüş belə deməyə əsas verir. E.Məmmədyarov strateji əməkdaşlığa dair memorandum imzalanmasının, eləcə də diplomatik və xidməti pasportlara malik şəxslər üçün vizaların ləğvinin zəruri olduğunu qeyd edib. Onun sözlərinə görə, görüşdə münasibətlərin daha da möhkəmlənməsinə xidmət edəcək Bakı-Kabil aviareysinin açılmasının vacibliyi də vurğulanıb.
Nazir Əfqanıstandan olan tələbələrin Azərbaycanda təhsil almasında maraqlı olmalarını da qeyd edib.
“Biz bilirik ki, Azərbaycanın ali məktəblərində təhsilin səviyyəsi yüksəkdir. Buna görə biz istərdik ki, tələbələrimiz Azərbaycanda təhsil ala bilsinlər”, - deyən A.Sangi Azərbaycanın onlara təqaüd proqramında köməklik göstərməsi istəyini ifadə edib.
Bu arada Azərbaycan-Əfqanıstan əməkdaşlığını yüksək qiymətləndirən BMT-nin Bakıda rezident əlaqələndiricisi Antonios Bruk söyləyib ki, bu təcrübədən model kimi istifadə etmək olar.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət