(Azərbaycanın əməkdar rəssamı İsmayıl Məmmədovun 65 illiyinə)
Mən rəssam İsmayıl Məmmədovu uzun illər tanıyan bir insan kimi hər zaman onun kətan və fırça sənətinə fəadakar məhəbbətini müşahidə etmişəm.
Cəsarətlə deyə bilərəm ki, İsmayıl Məmmədov yarım əsrdən çoxdur ki, rəssamlıq sənətini öz zərif zövqü, tamaşaçının yaddaşına bir anda, əbədi olmasa belə uzun müddətə həkk olunan unudulmaz əsərləri ilə zənginləşdirib.
Bu il Azərbaycanın əməkdar rəssamı İsmayıl Məmmədovun 65 yaşı tamam oldu!
50 il əvvəl o, Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinin tələbəsi adını qazandı və bu il onun kətan və fırça sənətinə olan böyük və ciddi məhəbbətinin yarım əsr yaşı tamam olur.
Rəssamın peşəkar yaradıcılıq bioqrafiyasının əsas dövrlərinə nəzər salaq.
1974-cü ildə İsmayıl Məmmədov İlya Repin adına Leninqrad Rəssamlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunu bitirib. Azərbaycan, Rusiya, Böyük Britaniya, Avstriya, Türkiyə, Monqolustan və digər ölkələrdə fərdi sərgiləri keçirilib. O, 1995 və 1999-cu illərdə “Humay” və “Qızıl Dərviş” mükafatlarının laureatı olub.
İsmayıl Məmmədov 1996-cı ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında quruluşçu rəssamdır. O, “Hökmdar və qızı” (1996), “Özümüzü kəsən qılınc” (“Göytürklər”) (1998), “Köhnə ev” (1999), “Dar ağacı” (2000), “Ədirnə fəthi” (2000), “Hələ “sevirəm” deməmişdilər” (2001), “Kəllə” (2002) kimi tamaşalara bədii tərtibat verib.
1998-ci ildən Musiqili Komediya Teatrında baş rəssam olaraq “Məşədi İbad” (1998), “Hələlik” (1999), “İddialı qaraçı”, “Şən dul qadın” (1999), “Bankir adaxlı” (2000), “Sevgi oyunları” (2001) tamaşalarına quruluş verib. 2007-ci ilin iyul ayından 2008-ci ilin sentyabr ayına qədər “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində baş rəssam işləyib. O, Bakı mərkəzinin xəritəsinin rəsminin müəllifidir. 2008-ci ilin sentyabr ayından rəssam bir müddət Nyu-Yorkda yaşayıb.
Bu gün o, rəngkarlıq, qrafika, monumental teatr-dekorasiya sənəti və kitab qrafikası sahəsində fəaliyyətini davam etdirir.
Rəssamın emalatxanasına baş çəkərkən ilk növbədə, onun ruh halı nəzərə çarpır, mən bunu ruhun bayramı adlandırardım. Onu əhatə edən şəkillər, illüstrasiyalar rəsmlər, heykəlciklər - obrazlar, fırçalar, kəllələr, qurumuş sünbüllər sanki cansız əşya deyil, onun məişətinin tərkib hissəsi, onun ehtiyac duyduğu canlı varlıqlardır. Ancaq şagirdsiz usta olarmı?
Onun emalatxanasında əsas personaj hardasa öz ustadına bənzəyən gənc Mircəfərdir. Müəllimininki kimi uzun saçlı, ağıllı və mehriban sima. O, gənc rəssamdır və ustadının sevimli tələbəsidir.
İsmayılın əsərləri işıqlıdır, həyata sevgi ilə doludur - parlaq natürmortlar və şəhər süjetləri, gözəl və zərif qızılgüllər silsiləsi. O, sanki zülmət və çarəsizliyə işıq salmağa çalşır.
- Mən baron Münhauzen kimi hansısa daxili üsyanla bu illər ərzində saçlarımdan tutaraq özümü bataqlıqdan çıxarmışam - rəssam 90-cı illərdəki həyatı barədə obrazlı şəkildə belə deyir.
1994-cü ildə isə mən monotipiya üslubunda “Rəngli yuxular” silsiləsinə başladım. Onların yaranmasında mən emalatxanada uzun iş saatlarından sonra özümün tükənməz enerjimə və qeyri-məmnunluq hissimə borcluyam. Onlar məni daxilən parçalayırdı. Və bu rəngli yuxular məni ahəngsizlikdən xilas etdilər. Bir saat-saat yarım ərzində mən belə gərgin, tutqun tonlarda 30-a qədər rəsm çəkirəm. Və hardasa 10-cu vərəqdə daxili rahatlıq tapıram, mənəvi cəhətdən təmizlənirəm.
Güman edilir ki, rəngli yuxular görmək yaxşıdır. Deməli, adamın işləri o qədər də pis deyil. Bəs əgər bu, mövzusuz, divarlara yaxılmış boyalar kimidirsə, onda necə? Onlarda nə məna var? Mən onlara uzun müddət tamaşa etdikdən sonra onların mənimlə öz dilində necə danışdıqlarını hiss edirdim. İlk baxışda nəzərə çarpmayan mənaya malik rəngli yuxular silsiləsi sanki dünyanı ifşa edir.
Bu yuxularda mövzu təsvir edilməyib, o, rənglə, nahamarlıqla, yayılmış ləklərlə göstərilib.
Bu işarələrin əlaqəsizliyinə baxmayaraq, onlar sanki bir bütöv təşkil edir. Rəngli yuxuların mövzusu qeyri-müəyyən bir şəkildə mövcud olaraq tamaşaçıya konkret əhval-ruhiyyə bəxş edir. O, şüurunuzda abstrakt olaraq yaranır və obrazın şüurumuza yeridilmə prosesi ruhun yeni duyğu selinə gətirib çıxarır. İsmayıl Məmmədovun bədii obrazlılığının dalektikası belədir - sabit təsvirə hərəkət vermək, tamaşaçını öz yaradıcılığının iştirakçısına çevirməklə onun xəyallarında öz fikirlərini inkişafını davam etdirmək. Əgər bu dağınınq işarələri vahid süjet xəttində birləşdirməyi bacarsanız, deməli, hələ dünyanın vəhdəti hissini itirməmisiniz. Əsas olan da budur - çünki kosmik harmoniyanın mahiyyəti bu intuitiv qurulmuş qaydada və təbii simmetriyadadır.
Güzgü özlüyündə möcüzədir: şüşə məkanın sərhədlərini açan və qarşı dünyanı heyranedici şəkildə özündə əks etdirən cisimdir. Rəssamın güzgüdəki avtoportreti süjetlidir. Sol əli güzgünün çevrəsini dəlib keçir. Rəssamın üzündə əldə etdiklərinə qane olmama, tərəddüdləri və ruhi iztirabları əks olunub, lakin eyni zamanda bu simada çətin vəziyyətdən çıxış imkanına ümid ifadəsi də var.
Və o, çıxış yolunu özündə görür - güzgü səthində öz təsvirinə, oxşarına toxunmasının mənası budur. Onların önündə isə axıra qədər istifadə edilməmiş boyalar sıra ilə düzülüb. Rəssamın başı üzərində onun mələkləri süzürlər – bunlar elə həmin metal boya qablarıdır.
İsmayıl xasiyyətcə şən, həyatsevər insandır, lakin onun öz sözlərinə görə, daxilən dramatik birisidir. Avtoportretdəki obraz da ziddiyətlidir. İnsan heç də hər zaman eyni ola bilməz. Yalnız etiraf anında o, həqiqətən özü olur. Tövbə, peşmanlıq anında sima çılpaqlaşır. Simamı? Bu, ruhdur. Pyotr Vyazemskinin belə bir şeri var:
Оттенков множество для глаз,
Нет в людях краски безусловной,
Добра не чужд иной виновный,
И праведник грешит семь раз.
İsmayıl hesab edir ki, həyatda maskalardan istifadə etmək günah deyil. Lakin bunlar yalançı və məkrli maskalar olmamalıdır.
Bəli, mən tez-tez maskada oluram. Mən öz dərdimi başqasının ürəyinə salmaq istəmirəm. Deyirlər, ən çox dərd sevdiklərimizin payına düşür, ən yaxşısı, dərdini yaxınlarına deyil, səbir daşına danış. Axı onsuz da kömək edə bilməyəcəklər. Öz ürəyinin yükünü başqasına yükləməyin nə mənası var?
-Bəs belə anlarınızda nə edirsiniz? Dərdinizi səbir daşına danışırsınız?
-Yox, mən gecələr emalartxanada tək olanda vəhşi səslə bağırıram. Amma bir dəfə qışqıra bimədim.
-Niyə?
Onda Qaxda idim, şəlalənin yanından keçirdim. Gur səsli şəlalə idi, əlbəttə, qışqıra bilərdim və heç kəs də eşitməzdi, lakin mən səsimi də çıxara bilmədim. Yəqin ki, tökülən suyun səsinə, təbiətə qarşı mübarizə aparmağa cəsarət etmədim.
-Bu məftunedici səs ağrılarınıza dərman olmadımı?
-Yox. Mən anlayırdım ki, təbiətlə rəqabətə davam gətirə bilmərəm, mənim qışqırığım o qədər təbii və səmimi olmayacaq. Belə deyək, mən təbiətə təslim oldum.
Buna təəssüf edirsiniz?
-Yox, mənim ruh halım sevgiliyə güzəştə getmək hissinə oxşayırdı.
Yubileyiniz mübarək, İsmayıl müəllim! Redaksiyamız sizə uzun yaradıcılıq illəri və ruhunuzun bayramlarının davam etməsini arzulayır.
Sevinc Heydərova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət