“İnterfaks-Azərbaycan” agentliyinin suallarını Koreyanın “Beautiful Mind Charity” musiqi kollektivinin rəhbəri, Cənubi Koreya Universitetinin müəllimi Bay İl Hvan cavablandırır
-Zəhmət olmasa, Azərbaycana səfərinizin məqsədi barədə danışın.
- Öncə qeyd etmək istəyirəm ki, “Beautiful Mind Charity” diplomatik təşkilatdır və Koreyanın Xarici İşlər Nazirliyi tərəfindən dəstəklənir. Biz bütün dünyada konsert proqramları ilə çıxış edir, dostluq, sevgi və ümidi təbliğ edirik. Azərbaycana qədər bizim dünyanın 50-dən artıq ölkəsində konsertlərimiz olub.
-Müxtəlif ölkələrdə konsert proqramına hazırlaşarkən hansı meyarları nəzərə alırsınız?
- Səfərlərimiz zamanı xüsusi konsert proqramları hazırlayırıq. Bu proqramlara Koreya xalq musiqisi, eləcə də qərb və həmin ölkənin yerli musiqisi daxil edilir. Hazırda proqramımıza Azərbaycan milli musiqisindən nümunələr daxil etmişik. Həmçinin proqramımıza əlillərin, köməyə ehtiyacı olan insanların problemlərindən bəhs edən musiqi də daxil edilib. Konsertlərimizdə müvafiq videoçarxlar da təqdim edilir. Biz Bakıya gözdən əlil klarnet ustası ilə birgə gəlmişik. Qrupumuza həmçinin əl və ayaqlarında problemləri olan pianoçu da daxildir, bununla belə, o, gözəl musiqiçidir.
Olur ki, biz konsertlərə özümüzlə əlil uşaqları da aparırıq. Onlar öz proqramlarında musiqiçi uşaqları təmsil edir, eləcə də məhdud fiziki imkanlara malik uşaqlara dəstək nümayiş etdirirlər.
- Qeyd etdiniz ki, proqramınıza Koreya və qərb musiqisi ilə yanaşı, çıxış etdiyiniz ölkənin milli musiqisini də daxil edirsiniz. Azərbaycan mədəniyyəti, xüsusilə də musiqisi barəsində nə bilirsiniz?
- Düzünü desəm, yaxın vaxtlara qədər sizin mədəniyyətiniz barədə heç nə bilmirdim. Lakin Bakıya gəlməzdən əvvəl mən internetdə Azərbaycana dair məlumat toplamağa başladım və çoxlu maraqlı material və faktlara rast gəldim. Həmçinin mən Azərbaycan və Koreya arasında çoxlu oxşar cəhətlərin olduğunu kəşf etdim. Bu baxımdan mənə elə gəlir ki, ölkələrimizi qardaş ölkələr adlandırmaq olar. Hesab edirəm ki, bizim musiqi proqramımızda yer alan motivlər - ümid və sevgi Azərbaycan xalqının mədəniyyətində də əks olunur.
Mənim üçün ən böyük kəşf o oldu ki, kumirim olan Mstislav Rostropoviçin Bakıda doğulduğunu öyrəndim. Bu insan sayəsində mən violonçel çalmağı öyrənərək peşəkar musiqiçi olmuşam. Mən onun ev muzeyini ziyarət etmək niyyətindəyəm.
-Bakı sizə necə təsir bağışladı?
-Bakının arxitekturası məni heyran etdi. Burada Şərqlə Qərbin tarixi qovuşur. Bakı nə iləsə mənə Dubayı xatırlatdı. Paytaxtınız çox xoşuma gəldi. İnsanlar da çox mehriban və qonaqpərvərdilər.
- Hər hansı proqramla yenidən Azərbaycana gəlmək planınız varmı?
-Koreyaya qayıtdıqdan sonra mən xalqıma, eləcə də Xarici İşlər Nazirliyinin nümayəndələrinə ölkəniz barədə danışacam. Əlbəttə, əgər onlar bizi yenidən Azərbaycana göndərsələr, biz məmnuniyyətlə bura qayıdarıq. Əgər təkrar Bakıya gəlsəm, Azərbaycan, xalqınızın qonaqpərvərliyi barədə daha çox məlumat yaya bilmək üçün bura müxbirlərlə gələcəm.
Söhbət etdi Fərdin İsazadə.
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
AccessBank QMatic alışı üzrə tender elan edir
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank-ın dəstəyi ilə ölkəmizdə ilk “Customer Tech Conference” keçirildi
Bank Respublika qan donorluğunda fəal iştirakına görə mükafatlandırılıb
Azerconnect Group və Vodafone Group arasında tərəfdaşlıq müqaviləsi imzalandı
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət