Bazar ertəsindən etibarən Azərbaycan paketinə daxil olan televiziya və radio kanallarının Türkiyənin Türksat 3A peyki vasitəsilə yayımı dayandırılıb. Bu barədə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin saytında məlumat verilir.
Xatırladaq ki, Azərbaycan paketinə daxil olan televiziya və radio kanalları (AzTV, İdman Azərbaycan, Mədəniyyət TV, İctimai TV, ATV İnt., Xəzər TV, Azad Azərbaycan TV) iyunun 10-dan Azərbaycanın Azerspace 1 ∕ Africasat-1a peykinin resurslarına keçirilib (qəbul tezliyi-11169.15 MHs, H, S/R-20400 Mb/s).
Azerspace/Africasat-1 peyki 46 dərəcə Şərq uzunluq dairəsində, geostasionar orbitdə yerləşib.
Hazırda “Azərkosmos” ASC-nin mütəxəssisləri qurğunu Yerüstü Peyk İdarəetmə Mərkəzindən idarə edirlər. Peykə Naxçıvan MR-də yerləşən Ehtiyat Yerüstü Peyk İdarəetmə Mərkəzindən də nəzarət etmək olar.
“Azərkosmos” ASC peykin istismarından $420 mln. xalis mənfəət əldə edilməsini gözləyir.
“Azərspase-1” peyki 2013-cü il fevralın 9-da Kuru kosmodromundan (Cənubi Amerikanın şimal-şərqində, Fransa Qvianasında) orbitə buraxılıb.
2010-cu ilin may ayında RİTN Amerikanın “Orbital Sciences Corporation” şirkəti ilə peyk istehsalı haqqında müqavilə imzalayıb. Bundan başqa, Azərbaycan Malayziyanın “MEASAT” şirkəti ilə orbital mövqeyin “Azerspace-1” peyki üçün istifadəsi haqqında uzunmüddətli icarə müqaviləsi bağlayıb.
Xərclərin 5-7 il ərzində çıxarılacağı, peykin istismar olunacağı sonrakı 15 il müddətində isə xalis mənfəət gətirəcəyi ehtimal olunur.
RİTN mütəxəssislərinin fikrincə, milli peykin mövcudluğu keyfiyyətli və etibarlı rabitə, teleyayım təşkil etməyə, kanalların sayını artırmağa imkan verəcək.
“Azərkosmos” ASC 2010-cu ildə telekommunikasiya peykinin orbitə çıxarılması, idarə olunması və istismar işlərinin həyata keçirilməsi üçün yaradılıb. ASC-nin nizamnamə kapitalı 40 mln. manat təşkil edir. Müəssisənin bütün səhmləri dövlətin mülkiyyətindədir. Onun funksiyalarına peykin orbitə çıxarılması, telekommunikasiya xidmətlərinin göstərilməsi, xidmətlər almaq üçün sığorta şirkətlərinin seçiminin aparılması, kosmik (peyk) operatorlarla əməkdaşlığın qurulması, bu istiqamətdə müxtəlif tədqiqatların aparılması daxildir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət