Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilən son plenar iclasında Azərbaycan Respublikası Ali Məhkəməsi, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi və ölkənin bir sıra Apellyasiya məhkəmələrinə 57 hakimin namizədliyi təsdiqlənib.
“İnterfaks-Azərbaycan” agentliyinin parlament müxbirinin verdiyi məlumata görə, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məsələ ilə bağlı çıxış edib.
“Hazırda Azərbaycanın hakimlər korpusunda 86 vakansiya mövcuddur. Əvvəllər bir neçə dəfə kiçik təyinatlar olub. İndi isə ölkənin Ali və Apellyasiya məhkəmələrinə çoxlu sayda hakimin təyin edilməsi məsələsinə baxılır”, - deyə o bildirib.
Sədrin sözlərinə görə, parlament hakimlərin yeni siyahısını təsdiq etdikdən sonra Ali və Apellyasiya məhkəmələrində vakansiya qalmayacaq.
“Bu gün Ali və Apellyasiya məhkəmələrinə 57 hakimin təyin edilməsi məsələsi baxılmaq üçün parlamentə təqdim edilir”, - deyə Ə.Hüseynli bildirib.
“Ali Məhkəməyə 10 nəfər – Kəmaləddin Bədəlov, İlqar Dəmirov, Əhməd Əhmədov, İlqar Hüseynov, İlqar Xələfov, Gündüz Quliyev, Rahib Nəbizadə, Əhməd Nurməmmədov, Sevda Hüseynova və Xaqani Məmmədov hakim təyin ediliblər.
Parlament həmçinin Naxçıvan MR Ali Məhkəməsinə 3, Bakı Apellyasiya Məhkəməsinə 14, Gəncə Apellyasiya Məhkəməsinə 8, Sumqayıt Apellyasiya Məhkəməsinə 8, Şirvan Apellyasiya Məhkəməsinə 7, Şəki Apellyasiya Məhkəməsinə 7 nəfərin namizədliyini təsdiq edib.
Bundan başqa, Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan Miqrasiya Məcəlləsinin 2013-cü il avqustun 1-dən qüvvəyə minməsinə dair qərar qəbul edilib.
“Əvvəllər Miqrasiya Məcəlləsinin 2013-cü il iyunun 1-dən qüvvəyə minməsi barədə qərar qəbul edilməsi nəzərdə tutulurdu, sonra bu məsələyə yenidən baxılıdı və Miqrasiya Məcəlləsinin sentyabrın 1-dən qüvvəyə minməsi nəzərdə tutuldu. Bütün sənədlərin hazır olması ilə əlaqədar olaraq Məcəllənin bu ilin avqust ayının 1-dən qüvvəyə minməsi qərara alındı”, - deyə Ə.Hüseynli bildirib.
Miqrasiya Məcəlləsi Milli Məclis tərəfindən bu il iyunun 13-də qəbul edilib. Məcəllə miqrasiya sahəsində dövlət siyasətinin aparılması normalarını müəyyən edir, bu sahədə münasibətləri, eləcə də Azərbaycanda olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti ilə bağlı normaları tənzimləyir.
Məcəllədə qeyd edilir ki, viza əsasında Azərbaycana gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkədə müvəqqəti olma müddəti vizada göstərilən qalma müddətindən, viza tələb olunmayan qaydada Azərbaycana gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin isə ölkədə müvəqqəti olma müddəti Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallar istisna olmaqla 90 gündən artıq ola bilməz.
Ölkədə üç gündən artıq müvəqqəti olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Bunun üçün əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin qaldığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və ya digər belə ictimai yerlərin müdiriyyəti və ya mənzilin, digər yaşayış sahəsinin sahibi ölkəyə gəldiyi vaxtdan üç gün ərzində əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin olduğu yer üzrə qeydiyyata alınması haqqında ərizə-anketi və həmin şəxsin pasportunun surətini poçt, elektron poçt vasitəsi ilə və ya şəxsən müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət