İyulun 11-15-i tarixlərində Heydər Əliyev Fondunun dəstəyi ilə “Təmiz Şəhər” ASC tərəfindən Mingəçevir şəhərində keçirilən “Təmiz şəhər naminə” IV Ekoloji Yay Məktəbi başa çatmışdır. IV Ekoloji Yay Məktəbi tullantıların idarə olunması sahəsində gənclərin maarifləndirilməsinə, ekoloji mədəniyyətinin inkişaf etdirilməsinə və ictimaiyyəti ətraf mühitin birgə mühafizəsinə yönəltməyə xidmət etmişdir.
5 gün davam edən yay məktəbi ərzində 50 tələbə tullantıların idarə olunması sahəsində əsas anlayışlar, tullantıların növləri, onların idarə olunması prosesi və zərərsizləşdirilməsi üsulları haqqında biliklərə yiyələnmişlər. “Təmiz Şəhər” ASC-nin mütəxəssisləri tərəfindən iştirakçılara qurumun fəaliyyəti nəticəsində ölkəmizdə tullantıların idarə olunması sahəsində əldə olunan nailiyyətlər, Bərk Məişət Tullantılarının yandırılması və çeşidlənməsi zavodları, ölkədə “yaşıl iqtisadiyyat”ın inkişaf etdirilməsi məqsədilə qurulan Balaxanı Sənaye Parkı və gələcək layihələr haqqında məlumat verilmişdir. Yay məktəbinin təlim-tədris hissəsində ekologiya və tullantıların idarəolunması sahəsində yerli mütəxəssislər tərəfindən tələbələr üçün mühazirələr keçirilmiş və mövzu ətrafında debatlar təşkil edilmişdir. Gənclərin asudə vaxtlarını maraqlı keçirmələri üçün müxtəlif komanda oyunları, intellektual və ekoloji yarışmalar keçirilmişdir.
Sonda IV Ekoloji Yay Məktəbində iştirak edən gənclərə “Təmiz Şəhər” ASC tərəfindən sertifikatlar verilmişdir.
Qeyd edək ki, “Təmiz Şəhər” ASC tərəfindən ekoloji yay məktəblərinin təşkili artıq ənənəyə çevrilib. 2010-cu ildən etibarən Quba, Şəki və Lənkəran şəhərlərində keçirilən yay məktəblərinin davamı olan “Təmiz Şəhər Naminə” yay məktəbi artıq 4-cü dəfədir ki, keçirilir və bu günə kimi yay məktəbində 200-ə yaxın gənc iştirak etmişdir. IV Ekoloji Yay Məktəbi "Vətəndaş Cəmiyyətində Debat" İctimai Birliyinin təşkilati dəstəyi ilə keçirilmişdir.
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
AccessBank QMatic alışı üzrə tender elan edir
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət