Ağ Ev hesab edir ki, Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Edvard Snoudenlə bağlı yaranmış problemə görə Soçi Olumpiadasını boykot etmək yaxşı ideya deyil. Bu barədə Ağ Evin nümayəndəsi Cey Karni brifinqdə bəyan edib.
O, jurnalistlərdən birinin “Bu həqiqətənmi pis ideyadır?” sualını müsbət cavablandırıb.
Senator Lindsi Qremin ABŞ-ın Soçi Olimpiya Oyunlarını boykot etməsi ideyasını şərh edən C.Karni qeyd edib: “Biz buna əhəmiyyət vermirik. Diqqətimizi Rusiya tərəfi ilə işləməyə və E.Snoudenin ABŞ-a qaytarılması problemini həll etməyə yönəltmişik. Biz bu problemin Rusiya ilə münasibətlərimizə mənfi təsir göstərməsini istəmirik və bu məsələdə prezident Putinlə razıyıq”.
Bundan başqa, C.Karninin fikrincə, Soçi Olimpiya Oyunlarının ABŞ tərəfindən boykot edilməsi ideyası hazırda aktual deyil.
“Bu, indinin məsələsi deyil, çünki biz Rusiya və digər hökumətlərlə bu probemin müsbət həllini tapmağa çalışırıq”, - deyə C.Karni bildirib.
“Siz hələ doqquz ay sonra olacaq hadisə barədə danışırsınız”, - deyə o əlavə edib.
Xəbər verildiyi kimi, ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvləri və Amerika Milli Olimpiya Komitəsi Soçi Olimpiya Oyunlarını boykot etmək təklifinə qarşı çıxış ediblər.
Bir gün əvvəl ABŞ senatoru Lindsi Qrem deyib ki, Rusiya E.Snoudenə sığınacaq verəcəyi təqdirdə prezident Barak Obama 2014-cü il Soçi Qış Olimpiya Oyunlarının boykot edilməsinin mümkünlüyünü nəzərdən keçirməlidir.
“Mən Olimpiadanı boykot edərdim. Mən ruslara mümkün olduğu qədər aydın siqnal göndərərdim”, - deyə L.Qrem Amerikanın “Hill” mətbu orqanına müsahibəsində bildirib.
İyulun 16-da E.Snouden ona sığınacaq verilməsi üçün Rusiyaya rəsmi müraciət edib. O, Rusiyada qalmaq planları barədə ötən həftənin cümə günü Şeremetyevo hava limanında tranzit zonada hüquq mühafizəçiləri ilə görüş zamanı bildirib.
Federal Miqrasiya Xidmətinin rəhbəri Konstantin Romodanovski “İnterfaks” agentliyinə bildirib ki, E.Snoudenə sığınacaq verilməsi haqda qərar üç ay ərzində qəbul ediləcək.
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Yerli avto nəqliyyat daşıyıcılarından növbəti uğur!
AccessBank QSC Prolongation of HPE equipments support 2024 üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
AccessBank Azərbaycanda qadın sahibkarlığının inkişafına aktiv dəstək tədbirlərini davam etdirir
Yelo Bank-ın daxili futbol çempionatı yekunlaşdı
Yelo Bank-dan ev təmiri üçün illik 9.5% ilə nağd pul krediti
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət