Cümə axşamı Wikileaks saytının yaradıcısı Culian Assanj sentyabr ayında Avstraliyada keçiriləcək parlament seçkilərində iştirak etmək üçün Wikileaks partiyasının yaradıldığını rəsmi şəkildə bəyan edib.
“Wikileaks partiyası üçün Senatda yer almaq (Avstraliya parlamentinin yuxarı palatası - İF) - Avstraliyanın müstəqil araşdırma ilə məşğul olan ən yaxşı jurnalistlərini Senatda yerləşdirmək deməkdir”, - deyə o, Avstraliyanın “Ostrelian” qəzetinə müsahibəsində bildirib. Assanj əlavə edib ki, Kanberradakı şərəfsiz siyasətçilər ən çox bundan qorxurlar.
J.Assanjın sözlərinə görə, partiya seçkilərdə iştirak etmək üçün Yeni Cənubi Uels, Viktoriya və Qərbi Avstraliya ştatlarından yeddi namizəd irəli sürəcək.
“Wikileaks partiyasının əsas dəyərləri - şəffaflıq, hesabatlılıq və qanunilik səmt göstərən olacaq, buna uyğun olaraq biz avstraliyalıların vergiqoiyma, qaçqınların qəbulu, iqlim dəyişikliyi kimi problemlərinə nəzər salacağıq”, - deyə o bildirib.
“Biz qeyri-dəqiq, tamamilə açıqlanmış və ya adekvat olmayan məlumatlara əsaslanan qanun və ya dövlət proqramları qəbul etməyəcəyik”, - deyə J.Assanj vurğulayıb.
Bundan başqa, o, deputatların qanunları kifayət qədər ictimai müzakirələr olmadan qəbul etmək məqsədi ilə öz işlərini məxfiləşdirməsini də tənqid edib.
Avstraliyada parlament seçkiləri sentyabrın 14-də keçiriləcək. Ölkənin baş naziri və Leyboristlər Partiyasının lideri K.Radd Toni Ebbotun rəhbərlik etdiyi Liberallar Partiyasına qarşı mübarizə aparacaq.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət