Son 10 il ərzində Azərbaycanın xarici ticarət dövriyyəsi 8,8 dəfə artıb. Bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) prezidenti Rüfət Məmmədov cümə günü «İxracatçılar üçün təlimat kitabı»nın təqdimat mərasimində bəyan edib.
“2003-2012-ci illərdə Azərbaycan məhsullarının ixrac həcmi 11 dəfə, o cümlədən qeyri-neft sektoru məhsullarının ixracı 6,5 dəfə artıb. Bundan başqa, Azərbaycan məhsullarının ixrac coğrafiyası genişlənir, ticarət tərəfdaşlarının sayı ildən-ilə artır. Əgər ötən əsrin 90-cı illərinin ortalarında Azərbaycan 80-dən artıq ölkə ilə ticarət əməliyyatları aparırdısa, 2012-ci ilin yekunları üzrə bu rəqəm 155-ə bərabər olub”, - deyə R.Məmmədov bildirib.
Onun sözlərinə görə, Azərbaycana müasir texnologiyaların gətirilməsi, texnoloji infrastrukturun yaradılması respublikada xarici bazarlarda rəqabətə davamlı məhsulların istehsal edilməsinə imkan verir.
“Azərbaycan məhsulları artıq ənənəvi satış bazarları ilə yanaşı, ABŞ, Avstraliya, Yeni Zelandiya və bir çox Yaxın Şərq ölkələrinə çıxarılır. Azpromo öz tərəfindən iş adamlarına lazımi dəstək göstərir”, - deyə R.Məmmədov vurğulayıb.
O qeyd edib ki, «İxracatçılar üçün təlimat kitabı» Azpromo tərəfindən Avropa İttifaqı və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti ilə birgə hazırlanıb.
“Kitab 9 istiqaməti əhatə edir və məhsulların xaricə ixracına yeni başlayan və ya perspektivdə belə planları olan sahibkarların maarifləndirilməsi üçün nəzərdə tutulur. Kitab beynəlxalq marketinq, xarici bazarlara giriş, sertifikatlaşdırma və qablaşdırma, gömrük prosedurları, nəqliyyat, logistika və s. mövzuları əhatə edir”, - deyə R.Məmmədov qeyd edib.
“Azpromo” İqtisadi İnkişaf Nazirliyi tərəfindən 2003-cü ildə yaradılıb. İlkin mərhələdə fond investisiyaların təşviqi və investisiya məsələləri üzrə məsləhətləşmələrlə məşğul olurdu. 2005-ci ilin avqustunda fondun funksiyaları genişləndirilib və fond ixracın təşviqi məsələləri ilə məşğul olmağa başlayıb.
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
«Nar» Azərbaycanın bölgələrində İKT peşəkarlarını hazırlayır
Bakcell-in ölkə miqyaslı rebrendinq tədbiri Laçında yekunlaşdı
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət