Misir kurortları adi qaydada turistləri qəbul edir, ölkədə son hadisələr istirahət zonalarından uzaqda baş verir. Misirin Azərbaycandakı səfirliyində belə bəyanatla çıxış ediblər.
“Qeyd etmək istəyirəm ki, orada baş verən bütün hadisələr turizm zonalarından uzaqdır, hadisələr ölkənin şimalında baş verir, istirahət zonaları isə cənubdadır. Kurort zonaları dünyanın hər yerindən Misirə gələn turistlərə xidmət etməkdə davam edir”, - deyə Misirin Azərbaycandakı müvəqqəti işlər vəkili Xeysam Cəlal çərşənbə günü Misirdə inqilabi hadisələrin inkişafına həsr olunmuş mətbuat konfransında bildirib.
2011-ci il inqilabının Misir xalqının həyat şəraitinin yaxşılaşması məqsədi daşıdığını xatırladan diplomat vurğulayıb ki, hakimiyyət xalqın tələblərinə cavab verə bilmədi.
“Son 1 il ərzində Misir xalqı ölkədə iqtisadi vəziyyətin yaxşılaşacağına, ümumilikdə bütün xalqın rifahının yüksələcəyinə ümid edirdi. Bu müddətdə xalq anladı ki, onların tələbləri yerinə yetirilməyib, Mursinin həyata keçirdiyi siyasət, o cümlədən KİV və ədliyyə sahələrində siyasət onların ümidlərini doğrultmadı”, - deyə X.Cəlal bildirib.
Onun sözlərinə görə, Misirdə hakimiyyətə gəlmiş “Müsəlman qardaşlar” partiyası kökündə ölkə qanunvericiliyi və Konstitusiyaya zidd olan bir sıra addımlar atdı.
“Misir tarixində ilk dəfə olaraq Konstitusiya Məhkəməsi “İxvanlar”ın nəzarəti altına götürüldü və onlar hakimlərin işlərinə qarışmağa başladılar. Bununla yanaşı, prezidentin səlahiyyətləri artırıldı. Bu addımlar qanunvericiliyə və beynəlxalq hüquqa zidd idi”, - deyə diplomat vurğulayıb.
X.Cəlal qeyd edib ki, “Mursi özünə yaxın adamları Misirdə müxtəlif postlara təyin etdi, baxmayaraq ki, ölkədə buna layiq olan başqa kadrlar da var idi”.
“Ölkədə xalqa güzəştə getmək üçün heç bir sahədə addımlar atılmadı. Misir xalqı başa düşdü ki, ölkənin xarici və daxili siyasəti Prezident Administrasiyasında deyil, “İxvanların” mənzil-qərargahında həll edilir”, - deyən müvəqqəti işlər vəkili əlavə edib ki, məhz bu səbəbdən xalq bu siyasətə etirazını bildirmək üçün küçələrə çıxdı.
“20 mln. misirli küçələrə çıxdı. Misir ordusu xalqın tələbinə hörtmət edərək 2011-ci il hadisələrində olduğu kimi onu dəstəklədi. Ordu xalqındır və o, nə dini, nə də siyasi proseslərə qarışır”, - deyə diplomat əlavə edib.
Onun sözlərinə görə, Misirdə demokratiyanın inkişaf etdirilməsi üçün “yol xəritəsi”nin hazırlanması prosesi başlayıb.
“Bu xəritədə qanunun aliliyi və qanunlara hörmət, eləcə də qanunverciliyin tələblərinin yerinə yetirilməsi öz əksini tapıb. Bildiyiniz kimi, 30 iyun hadisələrindən sonra Adli Mənsur dövlət başçısının səlahiyyətlərinin müvəqqəqti icraçısı seçilib. Lakin 9 aydan gec olmayaraq Misirdə prezident seçkiləri keçirilməlidir”,- deyə X.Cəlal vurğulayıb.
O, həmçinin deyib ki, “İxvanlar”ın keçirdiyi aksiyalar Misir və onun xalqının inkişaf prosesinə təsir göstərir.
“Aksiyaların dağıdılması qərarı Misir qanunlarına uyğundur və insanların hüquqlarını tapdalamır. Lakin qeyd etmək istəyirəm ki, etirazçılar arasında silahlı şəxslər də var”, - deyən diplomat əlavə edib ki, hökumət qoşunları onları dağıtmaq üçün güc tətbiq etməyə məcbur olacaq.
O söyləyib ki, 30 iyun hadisələrindən sonra Sina yarımadasında bir sıra terrror aktları törədilib.
“Terrorçuların məqsədi aydın idi. Daha sonra onlar etiraf etdilər ki, bütün bunlar Mursini hakimiyyətə qaytarmaq üçün edilir. Orada terrorçuların nümayəndələri həbs edildi, çoxlu sayda silah müsadirə olundu və yarımadaya nəzarət hökumət nümayəndələrinin əlinə keçdi”, - deyə X.Cəlal bildirib.
“İnterfaks-Azərbaycan” agentliyinin müxbirinin ölkədə həlak olanların sayı barədə məlumatların ziddiyyətli olmasına dair verdiyi sualı cavablandıran diplomat söyləyib ki, “İxvanlar” bu rəqəmləri qəsdən şişirdirlər.
“Qeyd etdiyim kimi, aksiya iştirakçıları arasında çoxlu sayda silahlı adamlar var. Onlardan hər hansı biri asayiş keşikçilərinə atəş açarsa, təbii ki, ona cavab atəşi açılır. Və əgər bu insidentdə bir nəfər həlak olursa, “İxvani-müslimin” nümayəndələri tərəfindən bu rəqəm olduqca şişirdilir. “Bundan başqa, bu silahlı qruplar qadın və uşaqların arxasında gizlənərək onlardan canlı sipər kimi istifadə edirlər”, - deyə X.Cəlal bəyan edib.
Misirdə baş verən iğtişaşlar zamanı həlak olanların sayı barədə səhih informasiya almaq üçün diplomat öz ölkəsinin Səhiyyə Nazirliyinin məlumatlarından istifadə etməyi tövsiyə edib.
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Yerli avto nəqliyyat daşıyıcılarından növbəti uğur!
AccessBank QSC Prolongation of HPE equipments support 2024 üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-da ESG mövzusunda tədbir keçirilib
Bank Respublika biznes müştəriləri üçün “Mobil Ofis Biznes” tətbiqini yenilədi!
Yelo Bank-ın dəstəyi ilə “Eko Dilçilik” beynəlxalq forumu keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət