Bu gün “Mənim Prezidentim” Gənclərin Təşəbbüs Qrupunun təqdimat mərasimi keçirilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentiliyinin müxbiri tədbirdən məlumat verir.
““Mənim Prezidentim” Gənclərin Təşəbbüs Qrupunun əsas məqsədi son 10 il ərzində prezident İlham Əliyev tərəfindən ölkədə aparılan uğurlu siyasətin nəticələrini ictimaiyyətə çatdırmaqdır”, - deyə “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin sədri Seymur Hüseynov bildirib.
Onun sözlərinə görə, qrup kreativ və innovativ gəncləri bu fəaliyyətə cəlb etmək niyyətindədir.
“Təşəbbüs Qrupu arzu edən hər kəs üçün açıqdır və milli, dini mənsubiyyətindən asılı olmayaraq bütün gəncləri qəbul etməyə hazırdır”, - deyə S.Hüseynov söyləyib.
O, Azərbaycan gənclərinin İlham Əliyevin yürütdüyü siyasəti dəstəklədiyinə əmin olduğunu bildirib, çünki bu siyasət açıqdır və respublika vətəndaşları tərəfindən qəbul edilir.
Daha sonra çıxış edən “İrəli” İctimai Birliyinin sədri Rauf Mərdiyev bu kampaniyanın uğurlu olacağına ümidvar olduğunu bildirib. O, İlham Əliyevin prezidentlik etdiyi müddətdə onun tərəfindən ölkədə və beynəlxalq arenada görülən işləri xüsusilə qeyd edib.
“Mənim prezidentim güclü dövlət quruculuğu üzərində çalışır, bu dövlət artıq böyük uğurlar qazanıb. Mənim prezidentim bir an da olsun Dağlıq Qarabağı unutmayıb və daim onu bizə xatırladır. Mənim prezidentim insan kapitalına dəstək məsələsini yürütdüyü siyasətin əsas hissəsinə çevirib. Mənim prezidentim beynəlxalq arenada Azərbaycanın nüfuzunu artırıb. Mənim prezidentim inkişafın Azərbaycan modelini yaradıb. Mənim prezidentim hər zaman xalqla olub və onun sevgisini qazanıb”, - deyə o qeyd edib.
R.Mərdiyev deyib ki, İlham Əliyevin dəstəklənməsi yalnız Azərbaycan gənclərinin deyil, həm də dövlət və cəmiyyətin maraqlarına cavab verir.
“Gənclər kampaniyanı inkişaf etdirməyə qadir olan qüvvədir və məhz ondan çox şey asılıdır”,- deyə R.Mərdiyev bildirib.
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədr müavini Nərgiz Hüseynova qeyd edib ki, kampaniya ölkənin bütün regionlarını əhatə edəcək, lakin əsas iş Bakıya yönəldiləcək.
“Lakin biz ümid edirik ki, Azərbaycan regionlarının sakinləri də kampaniyada fəal iştirak edəcəklər”, - deyə o bildirib.
Azərbaycanın xalq artisti Tünzalə Ağayeva gənclərin təşəbbüsünü dəstəkləyib və qeyd edib ki, “bu, səmimi duyğuları və müəyyən dəyərlərə öz inamını bildirmək üçün yaxşı imkandır”.
““Mənim Prezidentim” kampaniyasına qoşulmaq mənə qürur verir. Azərbaycan xalqının güvənə biləcəyi layiqli övladı var. Biz səmimiyyətlə bəyan edirik ki, o, bizim prezidentimizdir. Bizi yüksək dəyərlər və öz ölkəmizi güclü və gözəl görmək arzusu birləşdirir. Bizim ümidlərimiz bir insanla - prezident İlham Əliyevlə bağlıdır”, - deyə T.Ağayeva vurğulayıb.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət