İran parlamentinin deputatları 1953-cü ildə İranda dövlət çevrilişində iştiraka görə Vaşinqton və Londondan kompensasiya alınmasına nail olmaq niyyətindədirlər. Bu barədə İran parlamentinin Milli təhlükəsizlik və xarici siyasət komitəsinin sədr müavini Mənsur Həqiqətpur bəyan edib.
“ABŞ administasiyası və Britaniyanın MI-6 Kəşfiyyat İdarəsi çevrilişdə öz rollarını etiraf etdikləri üçün biz çalışırıq ki, hüquqlarımıza əməl edilsin”, - deyə o, İran KİV-lərinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, İran kompensasiya məsələsinə beynəlxalq səviyyədə baxılmasına nail olmaq niyyətindədir.
Daha əvvəl Amerikanın “Foreign Policy” jurnalı İranda baş vermiş çevrilişin 60 illiyi ilə əlaqədar sənədlər dərc edib. Sənədlər Mərkəzi Kəşfiyyat İdarəsinin və MI-6 Kəşfiyyat İdarəsinin bu hadisələrdə iştirakına işıq salır. Mərkəzi Kəşfiyyat İdarəsi bu mövzuda bir sıra digər sənədlər də dərc edib.
Xatırladaq ki, 1953-cü il avqustun 19-da İranda dövlət çevrilişi nəticəsində ölkənin baş naziri Məhəmməd Mossadık devrilib. Neft sənayesini milliləşdirmiş M.Mossadık İran şahı Məhəmməd Rza Pəhləvi, eləcə də Britaniya hakimiyyəti ilə münaqişəyə girmişdi.
Çevrilişdən sonra müvəqqəti sürgün edilmiş M.R.Pəhləvi ölkəyə qayıdıb və bütün hakimiyyəti ələ keçirib, xarici şirkətlər isə yenidən İranın neft yataqlarının işlənməsi üçün ölkəyə buraxılıb.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
TuranBank İçərişəhərdə yeni şöbəsini müştərilərin istifadəsinə verdi
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət