Londonda səfərdə olan xarici işlər naziri Elmar Məmmədyarov Böyük Britaniya Parlamentinin İcmalar Palatasının üzvü, Britaniya-Azərbaycan Parlament Dostluq Qrupunun sədri Kristofer Pinçerin başçılıq etdiyi Parlament Dostluq Qrupunun, həmçinin Lordlar və İcmalar Palatasının Xarici Əlaqələr və Enerji Məsələləri üzrə komitələrinin üzvləri ilə görüşüb. Bu barədə Azərbaycan XİN mətbuat xidməti çərşənbə günü məlumat verib.
E.Məmmədyarov həmsöhbətlərinə Azərbaycanın sosial-iqtisadi prioritetləri, uğurlu inkişaf prosesi və respublikanın nailiyyətləri, o cümlədən Bakının yüksələn xətlə inkişaf edən beynəlxalq əlaqələri və Azərbaycan ilə Böyük Britaniya arasında əməkdaşlığın vəziyyəti barədə məlumat verib.
Dağlıq Qarabağ məsələsinə toxunan E.Məmmədyarov bu münaqişənin həlli ilə əlaqədar danışıqlar prosesi haqqında danışıb və Azərbaycanın mövqeyini görüş iştirakçılarının diqqətinə çatdırıb. O, Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasının vacibliyini vurğulayıb.
E.Məmmədyarov Azərbaycan və Böyük Britaniya arasında münasibətlərin hazırkı səviyyəsini və enerji sahəsində əməkdaşlığı yüksək qiymətləndirib. Azərbaycanlı nazir həmçinin qeyri-neft sektorunda böyük potensialın mövcud olduğunu qeyd edib.
Bundan başqa, o, həmsöhbətlərinə Azərbaycanın Gürcüstan və Türkiyə ilə regional əməkdaşlığının vəziyyəti barədə məlumat verib.
XİN başçısı vurğulayıb ki, Avropa İttifaqı ilə sıx əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi Azərbaycanın xarici siyasət prioritetlərindən biridir.
Londonun Beynəlxalq Strateji Tədqiqatlar İnstitutunda Azərbaycana və regiona maraq göstərən beynəlxalq ekspertlərlə görüş zamanı E.Məmmədyarov Bakının xarici siyasətinin prioritetləri və dünya birliyi ilə əlaqələri, Azərbaycan-Böyük Britaniya münasibətləri, Avropa İttifaqı və NATO ilə əməkdaşlığı haqqında geniş məlumat verib.
E.Məmmədyarov qeyd edib ki, ölkənin enerji sektoru yalnız Azərbaycanın deyil, həm də regionun inkişafına böyük töhfə verir. Nazir qeyri-neft sektorunda da geniş iqtisadi potensialın mövcud olduğunu vurğulayıb və əlavə edib ki, son illər ərzində bu sahənin inkişaf etdirilməsinə mühüm sərmayələr qoyan ölkəmiz qonşu dövlətlər və Avropa İttifaqı ilə əməkdaşlığın daha da genişləndirilməsində maraqlıdır.
Ermənistan-Azərbaycan münaqişəsinə toxunan E.Məmmədyarov deyib ki, bu problemin həll olunmaması regionun inkişaf potensialının tam şəkildə istifadə edilməsi üçün ən ciddi maneədir.
AccessBank QMatic alışı üzrə tender elan edir
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
«Nar» Azərbaycanın bölgələrində İKT peşəkarlarını hazırlayır
Bakcell-in ölkə miqyaslı rebrendinq tədbiri Laçında yekunlaşdı
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət