Bazar ertəsi Mərkəzi Seçki Komissiyası (MSK) Ana Vətən Partiyasının keçmiş sədr müavini, Milli Məclisin deputatı Zahid Orucun namizədliyini rəsmi olaraq qeydə alıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri MSK-nın iclasından məlumat verib.
Beləliklə, bu günə kimi MSK 3 nəfərin - prezident İlham Əliyev, Milli Məclisdə təmsil olunan Ümid Partiyasının sədri İqbal Ağazadə və Zahid Orucun namizədliyini rəsmi olaraq qeydə alıb.
İclasda qeyd olunub ki, Z.Orucun nümayəndələrinin yoxlanılmaq üçün MSK-ya təqdim etdiyi 44 minə yaxın imzadan 40 min 220-si etibarlı hesab olunub.
Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev, Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev və Milli Dirçəliş Hərəkatı Partiyasının lideri Fərəc Quliyev tərəfindən təqdim edilmiş seçici imzalarının yoxlanılması prosesi başa çatmaq üzrədir.
MSK Azadlıq Partiyasının lideri Əhməd Oruc, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev, Ədalət Partiyasının sədri İlyas İsmayılov və Demokratik Qüvvələrin Milli Şurasının vahid nümayəndəsi Cəmil Həsənli tərəfindən təqdim edilmiş imza vərəqələrinin yoxlanılmasını bir neçə gün ərzində başa çatdıracaq.
M.Pənahovun sözlərinə görə, imza vərəqələrinin yoxlanılması prosesi yaxın günlər ərzində başa çatacaq.
9 sentyabr tarixi prezident seçkilərində iştirak etmək məqsədilə namizədlərin qeydə alınması üçün sənədlərin Mərkəzi Seçki Komissiyasına təqdim edilməsinin son günüdür. Sənədlərin qəbulu həmin gün saat 18:00-da başa çatacaq.
Azərbaycanda prezident seçkiləri oktyabrın 9-da keçiriləcək.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azər Türk Bankda sərfəli kredit kampaniyası davam edir
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət