Sentyabrın 21-də Sumqayıtda dünya standartlarına cavab verəcək şəkildə tikilmiş, müasir qurğu və avadanlıqlarla təchiz edilmiş stadionun açılış mərasimi keçirilmişdir.
Açılış mərasimində Azərbaycanda səfərdə olan UEFA-nın prezidenti Mişel Platini, AFFA-nın prezidenti Rövnəq Abdullayev, adıçəkilən qurumun baş katibi Elxan Məmmədov, Sumqayıt şəhər İcra hakimiyyətinin başçısı Eldar Əzizov, Azərbaycan milli komandanın baş məşqçisi Berti Foqts, "Azərikimya" İstehsalat Birliyinin Müşahidə Şurasının sədri Muxtar Babayev və digər rəsmi qonaqlar, həmçinin şəhər ictimaiyyətinin, yerli və respublika kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.
Açılış mərasimində çıxış edən AFFA prezidenti şəhər sakinlərini və futbolsevərləri ölkə rəhbərinin Sumqayıta və sumqayıtlılara göstərdiyi diqqət və qayğının daha bir göstəricisi olan yeni stadionun açılışı münasibətilə təbrik etmiş, mötəbər qonağa Sumqayıtın futbol və ümumiyyətlə, idman ənənəsi haqqında məlumat vermişdir.
Stadionla tanış olan və görülmüş işləri yüksək qiymətləndirən UEFA prezidenti Mişel Platini Sumqayıt Futbol Akademiyasının 11-17 yaş qruplarını əhatə edən qızlardan və oğlanlardan ibarət komandalarının üzvləri ilə görüşmüş, Sumqayıt Peşəkar Futbol Klubunun bu uşaqların timsalında etibarlı və ümidverici bazaya malik olduğunu vurğulamışdır.
Şəhərinin əsrarəngiz bir məkanda bərqərar olduğunu və gözəl relyefə sahib olduğunu dilə gətirən UEFA prezidenti Sumqayıtdan xoş təəssüratlarla ayrılmışdır.
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət