Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatı bütün istiqamətlərdə plan üzrə inkişaf edir. Bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Serbiyanın Azərbaycandakı səfiri Zoran Vayoviç ilə görüşdə bəyan edib.
V.Talıbov qeyd edib ki, Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası Ermənistanın hərbi təcavüzü nəticəsində uzun müddətdir blokada şəraitində yaşayır. Lakin buna baxmayaraq, muxtar respublikada iqtisadiyyatın bütün sahələri inkişaf etdirilir.
Kənd təsərrüfatı, sənaye, təhsil, səhiyyə, mədəniyyət sahələrində mühüm uğurlar qazanılıb, ərzaq təhlükəsizliyi təmin olunub. Eyni zamanda, elm və təhsil müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilib, dünya təhsil sisteminə inteqrasiya istiqamətində mühüm addımlar atılıb.
Ali Məclisin sədri Zoran Vayoviçin səfərinin Naxçıvan Muxtar Respublikası ilə Serbiya arasında əlaqələrin inkişafı baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.
Serbiya səfiri Naxçıvanın yüksək inkişafının onda heyrət doğurduğunu söyləyib. Azərbaycan və Serbiya arasında iqtisadi, mədəni və digər sahələrdəki münasibətlərin məmnunluq doğurduğunu bildirən qonaq fəaliyyəti dövründə Naxçıvan Muxtar Respublikası ilə də qarşılıqlı əlaqələrin inkişafında səylərini əsirgəməyəcəyini bildirib.
Səfir Naxçıvana ikigünlük səfər zamanı yerli iş adamları ilə görüşüb, Naxçıvan Dövlət Universitetində görüşlər keçirib. Ordubad rayonunda səfərdə olan Z.Vayoviç muxtar respublikanın görməli yerləri ilə tanış olub.
“İlk dəfədir ki, Naxçıvandayam və muxtar respublikada iqtisadiyyatın, infrastrukturun inkişafı məndə heyrət doğurub. Gördüklərim məndə böyük təəssürat buraxıb”, - deyə Z.Vayoviç səfərinin yekunları üzrə jurnalistlərə söyləyib.
O vurğulayıb ki, Serbiya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir.
Muxtar respublikada keçirilən görüşlərə toxunan serbiyalı diplomat tanışlıq səfərinin əhəmiyyətini qeyd edib. “Biz iqtisadi münasibətlərin inkişafı, naxçıvanlı iş adamlarının iqtisadiyyat və ticarət üzrə hökumətlərarası komissiyada iştirakı, Serbiya və Naxçıvan universitetləri arasında əməkdaşlığın inkişafı, onlar arasında tələbə və professor mübadiləsi, gələcəkdə münasibətlərin dərinləşməsi məsələlərini müzakirə etmişik”, - deyə səfir bildirib.
“Bu münasibətləri yüksək səviyyəyə qaldırmağa müvəffəq olsam, şad olaram, çünki ölkələrimiz arasında strateji sazişlər mövcuddur. Azərbaycan və Serbiya strateji tərəfdaşdır və bizim üçün Azərbaycan Respublikasının hər bir regionu ilə hərtərəfli əməkdaşlığın inkişafı vacibdir”, - deyə Z.Vayoviç vurğulayıb.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azər Türk Bankda sərfəli kredit kampaniyası davam edir
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət