Milli Məclisin Sosial siyasət komitəsinin bazar ertəsi keçirilən iclasında çoxuşaqlı ailələrin dövlət tərəfindən müavinətlə təmin edilməsi məsələsinə baxılıb.
“İnterfaks-Azərbaycan” agentliyinin parlament müxbirinin verdiyi məlumata görə, komitənin iclasının gündəliyinə “Əhalinin sağlamlığının müdafiəsi haqqında”, “Sosial müavinətlər haqqında”, “Uşaq hüquqları haqqında” qanunlara düzəlişlərin qəbul edilməsi ilə bağlı məsələlər daxil edilib.
“Komitə tərəfindən baxılan qanunvericilik aktları beş və ya daha çox uşaq dünyaya gətirən və tərbiyə edən anaların xüsusi sosial müavinətlərlə təmin edilməsini nəzərdə tutur”,- deyə Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bildirib.
Onun sözlərinə görə, sosial müavinətlər beş və ya daha çox uşağı olan çoxuşaqlı analara ən kiçik uşağın 1 yaşı tamam olandan və ən böyük uşağın 18 yaşı tamam olanadək olan dövr ərzində veriləcək. Yəni sosial müavinətlər 1 yaşdan 18 yaşadək beş və daha artıq uşaq tərbiyə edən analara şamil ediləcək.
“Bu gün Azərbaycanda 10 mindən çox ananın beş və ya daha çox uşağı var. Sovet illərində 10 və daha artıq uşaq dünyaya gətirib tərbiyə etmiş analara qəhrəman ana adı verilirdi. Sovet Azərbaycanında 20 mindən çox qəhrəman ana var idi”,- deyə H.Rəcəbli bildirib.
Onun sözlərinə görə, qeyd olunan düzəlişlərin 2014-cü il yanvarın 1-dən qüvvəyə minməsi planlaşdırılır.
“Azərbaycanda hər il 85-90 min nikah bağlanır. İl ərzində ölkədə 165 min körpə dünyaya gəlir. Respublikada əhalinin təbii artımı 125 min nəfər təşkil edir”, - deyə komitə sədri əlavə edib.
Komitənin iclasında tibb işçilərinin əmək haqlarının artırılması ilə bağlı məsələyə də baxılıb. Əmək haqlarının artımının ölkənin səhiyyə sisteminin müxtəlif strukturlarından tutulan cərimələrin ümumi məbləğinin 25%-i hesabına həyata keçirilməsi nəzərdə tutulur.
Komitə üzvləri həmçinin qanunsuz qeysəriyyə əməliyyatı ilə bağlı sanksiyaların sərtləşdirilməsi məsələsini də müzakirə ediblər.
İclasın gündəliyinə daxil edilmiş qanun layihələri komitə tərəfindən Milli Məclisin plenar iclasına tövsiyə edilib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət