“Beynəlxalq Sığorta Şirkəti” ASC Ingiltərənin nüfuzlu maliyyə nəşri olan International Finance Magazine (IFM) jurnalının 2013-cü ilin “Ən yaxşı sığorta şirkəti” nominasiyasının qalibi olmuşdur. Bu barədə jurnalın internet səhifəsində məlumat verilmişdir. Mükafat dünya ölkələri üzrə iqtisadiyyatın maliyyə-bank sektorunda fəaliyyət göstərən, yüksək nailiyyətlər əldə etmiş şirkətlərə təqdim olunmuşdur .Bu barədə məlumat verərkən Şirkətin İdarə Heyətinin sədri M.Məmmədov bildirmişdir: “Fərəhli haldır ki, Beynəlxalq Sığorta Şirkəti Azərbaycanda bu mükafatı alan ilk sığorta şirkətidir. Bu da BSŞ-nin daim sığorta bazarının inkişafı və əhaliyə zamanın tələblərinə cavab verən yüksək keyfiyyətli sığorta xidmətləri göstərilməsi istiqamətində çalışmasının, Şirkətin iş praktikasını, idarəetmə üsullarını, strukturunu və xidmət səviyyəsini mütəmadi təkmilləşdirərək, götürmüş olduğu öhdəlikləri tam şəkildə yerinə yetirməklə özünün maliyyə stabilliyini və rəqabət üstünlüyünü nümayiş etdirməsinin nəticəsidir.”
Qeyd etmək lazımdır ki, Azərbaycanın maliyyə-bank sektorunda fəaliyyət göstərən 6 qurum müxtəlif nominasiyalarda bu mükafata layiq görülmüşdür. Beynəlxalq Sığorta Şirkəti bu sırada yeganə sığorta şirkətidir.
2002-ci ildə Azərbaycan Beynəlxalq Bankı tərəfindən təsis edilmiş, Beynəlxalq Sığorta Şirkəti hazırda həm fiziki, həm də hüquqi şəxslərə 33 sığorta növü üzrə xıdmətlər göstərir.
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
AccessBank QMatic alışı üzrə tender elan edir
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət